“Excelsior Hotel Baku” otelində Xocalı soyqırımı anıldı
Tarix: 26.02.2014 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” oteli Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi. Tədbir soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə “Excelsior Hotel Baku” otelinin insan resursları üzrə meneceri Kamran Rzayev və yazıçı Cəlaləddin Qasımov Xocalı faciəsi ilə bağlı çıxışlar etdilər.
“Excelsior Hotel Baku” otelinin insan resursları üzrə meneceri Kamran Rzayev bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etmiş və onun dinc əhalisinə amansızcasına divan tutmuşlar. Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və insanı alçaldan işgəncələrə məruz qalıb. Yazıçı Cəlaləddin Qasımov çıxışında qeyd etdi ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Yazıçı Cəlaləddin Qasımov “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində yazdığı “27 ildən sonra” kitabını tədbirdə iştirak edən Sos Uşaq Kəndlərinin yeniyetmələrinə təqdim etdi. Tədbirin sonunda gənclərə bu qanlı faciəni unutmamaq, gələcək nəsillərə və bütün dünyaya bəyan etmək məqsədilə Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirildi.

İlkin







 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info