QKDK-da Xocalıya həsr olunmuş tədbir keçirilib
Tarix: 26.02.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK), Milli Depozit Mərkəzinin (MDM) və Bakı Fond Birjasının (BFB) əməkdaşlarının iştirakı ilə Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra QKDK-nın aparatının rəhbəri Bəxtiyar Əzizov tədbir iştirakçılarına XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımın tək azərbaycanlılara qarşı deyil, bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirildiyini bildirdi. B.Əzizov kütləvi terror hadisələrini törədən cinayətkarların layiqli cəzalarına çataçaqlarına inandığını qeyd edərək, Azərbaycan xalqının yaddaşlarından Xocalı soyqırımı qurbanlarının xatirəsinin heç vaxt silinməyəcəyini vurğuladı. Daha sonra Xocalıda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətindən və törədilmiş terror faktlarından bəhs edən ”Xocalı harayı” sənədli filminin nümayişi oldu.
Sonda tədbir iştirakçıları çıxış edərək, ermənilərin tarix boyu Azərbaycan torpaqlarına olan işğalçılıq siyasətinin, müxtəlif zamanlarda xalqımıza qarşı tətbiq etdikləri soyqırımların və məkrli niyyətlərinin məhz Xocalı hadisələri zamanı ifşa olunduğunu qeyd etdilər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info