Misirin “Əl-Yaum əs-Sabe” qəzetində Xocalı bəyanatı
Tarix: 26.02.2014 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Misirin “Əl-Yaum əs-Sabe” qəzetində “Xocalı soyqırımının 22-ci ildönümü” ilə bağlı Azərbaycan Respublikasının səfirliyinin bəyanatı dərc edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda Xocalı soyqırımı barədə geniş yazılaraq, erməni silahlı birləşmələrinin törətdikləri bu vəhşilik nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla, 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1000 nəfərin yaralandığı, 1275 nəfərin əsir və 150 nəfərin isə itkin düşdüyü qeyd edilib. Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsinin ən qəddar həlqəsi olduğu nəzərə çatdırılaraq, həmin faciənin Azərbaycana qarşı işğal planlarını həyata keçirməyə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyi və XXI əsrdə ən ağır beynəlxalq terror cinayətlərindən biri olduğu xüsusilə qeyd edilmiş, soyqırımın məqsədi, təfsilatları və nəticələri, o cümlədən şahidlərin etirafları öz əksini tapıb.
Bəyanatda bir neçə ölkənin qanunverici orqanı tərəfindən bu soyqırımın tanındığı qeyd edilərək, İslam Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının 2013-cü ilin fevralında Qahirədə keçirilmiş sammitinin yekun bəyanatında Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylərin artırılması ilə bağlı çağırışın da öz əksini tapdığı vurğulanıb. Yekunda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusən də Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyi önə çəkilərək, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilmiş, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə ümid olduğu vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info