Almaniyada Xocalı ilə bağlı qeyri-adi aksiya
Tarix: 26.02.2014 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Almaniyanın Bremen şəhərində Bremen Azərbaycan Cəmiyyətinin möhtəşəm “R.İ.P. JUSTİCE” adlı nümayişi keçirilib. Bremen Azərbaycan Cəmiyyətinin Mətbuat katibi Türkay Mahmudlunun “Palitra”ya verdiyi məlumata görə, nümayiş şəhərin mərkəzi meydanında, Bremen Parlamentinin önündə start götürüb, şəhərin mərkəzi, insanların sıx hərəkət etdiyi küçələrindən keçməklə davam edib. Nümayiş iştirakçıları əllərində, “Xocalıya Ədalət!”, ”1 milyon qaçqın və məcburi köçkünlərin hüquqları bərpa edilsin”, “BMT-nin qətnamələri nə zamanadək icrasız qalacaq?” “Axtarılır: Ədalət, itirildiyi yer: Xocalı, Zaman: 22 il öncə”, “Münaqişənin ən böyük qətliamı - Xocalı” çağırışlar olan plakatlar və Azərbaycan, türk, alman bayraqları tutublar. Şəhər əhalisinin diqqətini ən çox çəkən məqamlardan biri də yürüş iştirakçılarının daşıdığı, üzərində “Justice” (Ədalət) yazılan qara tabut olub. İştirakçılar bununla “Ədalət ölübmü?“ sual –mesajını veriblər. Aksiya iştirakçıları arasında azərbaycanlı tələbələr ilə yanaşı, yerli müsəlmanlar, türklər və bir neçə alman gənci də olub. Qeyd edək ki aksiya standart aksiyalardan xeyli fərqlənib, kreativ tərtibatı ilə Bremen əhalisinin böyük diqqətinə səbəb olub. Belə ki, aksiya zamanı ətraflı məlumat almaq üçün iştirakçılara yaxınlaşan sakinlərə faciənin təfərrüatlarını əks etdirən broşürlər, habelə almanca nəşr olunmuş “Völkermord Von Chodschali” (Xocalı soyqırımı) və alman müəllifi Johannes Raunun “Der Berg-Karabach Konflikt” (Dağlıq-Qarabağ münaqişəsi) kitabları paylanılıb. Bremen Azərbaycan Cəmiyyətinin sədri və layihənin ssenari müəllifi Araz Bağırlı aksiyanı uğurla baş tutmuş adlandırıb, az sayda olmaqlarına baxmayaraq, tələbələrimizin bu miqyasda tədbir keçirmək bacarığını təqdirəlayiq sayıb. Alman ictimai-siyasi fikrinin formalaşmasında önəmli yer tutan, əhalisi 650 mindən artıq olan Bremendə Azərbaycanın tanıdılmasını zəruri sayıb. Cəmiyyətin baş katibi Araz Bağırlının fikrincə tədbir- yürüş gözlənildiyindən daha effektli baş tutub. Beynəlxalq Əlaqələr Departamentinin sədri Fətəli Amanov göstərdikləri texniki dəstəyə və iştiraka görə, Bremen sakini Anar Quliyevə və türk qardaşlarımıza öz minnətdarlığını bildirib.
Aksiya Bremen Azərbaycan Cəmiyyətinin öz təşəbbüsü və öz daxili imkanları hesabına gerçəkləşib, lakin kifayət qədər peşəkar və effektiv alınıb. Xatırladaq ki, bir neçə gün öncə cəmiyyət üzvləri Bremen Parlamentinin üzvü, SPD partiyasından olan millət vəkili Mustafa Güngörlə də partiyanın qərargahında görüş keçirib, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin alman cəmiyyətinə çatdırılması yollarını müzakirə ediblər. Xatırladaq ki, Bremen Azərbaycan Cəmiyyəti 31 dekabr 2012ci ildə Bremendə təhsil alan azərbaycanlı tələbələr tərəfindən təsis olunub. Cəmiyyətin ali məqsədi azərbaycanlıların indiyədək mövcud olmayan Bremen birliyini yaratmaq, onları şəbəkələşdirmək, Azərbaycan mədəniyyətini alman cəmiyyətinə çatdırmaq, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verməkdir. Cəmiyyət heç bir qurum tərəfindən maliyyələşdirilmir və Azərbaycan Səfirliyi tərəfindən mənəvi olaraq dəstəklənir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info