“Kino sənəti görünən sənətdir”
Tarix: 26.02.2014 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Adil Qulamov: “Peşəkarlara qiymət
vermək lazımdır”


Müsahibimiz kinoprodüser, Əməkdar mədəniyyət işçisi Adil Qulamovdur:

- İndiki dövrdə kinoprodüser sənəti nə dərəcədə inkişaf
edib?

- Hazırda Azərbaycanda kinoprodüser sənəti Sovet dövrünə nisbətən fərqlidir. Kinoprodüser anlayışı bununla ölçülür ki, o, həm dövlət səviyyəsində ola bilər, həm də özəl şirkətlər səviyyəsində ola bilər. O, filmin istehsal prosesinə rəhbərlik edir. Maliyyə vəsaitindən filmin yayımına qədər olan bütün prosesləri kinoprodüser öz üzərinə götürür. Hazırda kinoprodüser məktəbi kimi bəzi studiyalarda müəyyən işlər aparılır. Onların fəaliyyəti qiymətləndirilir. Amma yenə də hər şey maliyyə vəsaitinə bağlıdır. Azərbaycanda isə kinostudiya dövlət tərəfindən maliyyələşdirilir. Özəl qurumlar isə bağladığı müqavilələrlə müəyyən istehsalatları aparırlar. Güclü layihələr həyata keçirmək barədə söhbət açmaq hələ ki, tezdir.
-Gənclərin prodüser sənətinə gəlişi haqqında nə deyə bilərsiniz?
- Kinoprodüser sənəti gənclər üçün böyük bir məktəbdir. Kinoprodüser ad ya da sənət deyil. Kinoprodüser böyük bir studiyanın istehsalat qurumlarından yaranan bir rəhbərlikdir. Bu çox çətin bir prosesdir. Bunun etaplarını keçməyən gənc, prodüser ola bilməz. Bu bir az mübahisəli məsələdir. Məsələn, bir gənc hansısa musiqi alətini usta musiqiçidən də yaxşı ifa edə bilər.
Yəni demək istəyirəm ki, həyat praktikası olmalıdır. Prodüserin əsas işi kino istehsalını həyata keçirmək, onun yayımını və festivallarda iştirakını təmin etməkdir. Bu da gənc insan üçün bir az çətin olar. Amma yenə də hər şey maliyyədən asılıdır. Kino sənəti görünən sənətdir. Təəssüflər olsun ki, kinoda kinonu bilməyənlər özlərinə müəyyən adlar qoyub, bu sahəyə daxil olurlar. Xalq da görür ki, bu, müvəqqətidir. Onlar da bir gün süzgəcdən keçəcəklər.
- Kinoprodüser sənətinin kino aləmində xüsusiyyəti nədən ibarətdir?
- Kinoprodüser sənəti demək olar ki, Sovet dönəmində əgər studiyanın müdiriyyəti idisə, bütün istehsalata dövlət səviyyəsində cavab verirdisə, indi kinoprodüser bu işdə bu prosesin ağasıdır. Bütün yaradıcı heyət prodüserin rəhbərliyinə bağlıdır. Seçimdən istehsala qədər, istehsaldan festivallara qədər, festivallardan yayıma qədər olan bütün işlərə prodüser rəhbərlik edir.
-Təxminən iki ildir ki, Prodüserlər Gildiyası təsis olunub. Bu gildiya kino sahəsində hansı dəyişikliklərə səbəb oldu?
- Bu gildiyanı təsis edən insanları alqışlayıram. Bilirsiniz, bu, mərkəzləşdirilmiş bir orqandır. Onların bu orqanda bir cəmiyyət kimi birləşmələrinin gələcəkdə Azərbaycan kinosuna çox böyük səmərəsi olacaq. Amma mən deyərdim ki, bu bir başlanğıcdır. Qabaqcadan bir söz demək olmaz. Onların fəaliyyətini isə zaman göstərəcək.
- Sovet dövründə xarici ölkələrlə müştərək filmlər çəkilirdi. Bəs, bu gün müştərək filmlərin çəkilişi üçün yol nə dərəcədə işıqlıdır?
- Azərbaycanda kino istehsalatı texnoloji sistemdən yaradıcı heyətə qədər tam bərpa olunub, dünya standartlarına cavab verdikdən sonra bizim imkanlarımızı hər yerdə görəcəklər. Əgər lazım olan imkanlarla kinematoqrafiyanı inkişaf etdirsək, Azərbaycan həm “Oscar” mükafatına, həm də “Kann” və başqa festivallara qatıla bilər. Təsəvvür edin ki, embarqo vəziyyətində yaşayan İran İslam Respublikası dünyanın mötəbər kino-festivallarına qatıla bilir. Biz də dövlətin dəstəyi və gözəl kadrlarımızla əl-ələ verib, yaxşılığa doğru gedəcəyik.
-Adil müəllim, yaradıcılığınızda bu günə qədər etdikləriniz və bundan sonra etmək istədikləriniz haqqında nə deyə bilərsiniz?
- Mən 1979 -ci ildən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasında kinomexanik vəzifəsində çalışmağa başladım. Artıq otuz beş ildir ki, mən burada çalışıram və kino-mexanik vəzifəsindən icraçı prodüser vəzifəsinə qədər yüksəlmişəm. Bütün proseslərdə studiya inkişafa doğru getməyə çalışıb. Əsas kadr siyasətidir. Əgər kadr varsa, bu kadrların ətrafında kinonu sevənlər cəmləşirsə, dövlətimizin də dəstəyi ilə kino istehsalatı yüksək səviyyəyə çatacaq. Mən bir çox filmlərdə gözəl sənətkarlarımızla birlikdə çalışmışam. Təxminən on ikiyə qədər bədii filmlərdə icraçı prodüser kimi işləmişəm.
Arzum isə budur ki, kinoya rəhbərlik edən insanlar peşəkar insanlara qiymət versinlər. Əgər onlara qiymət verilsə, həm dünyadan getmiş sənətkarların ruhu şad olar, həm də onların işi yaxşı olar. Mən Azərbaycan kinosuna alqış arzulayıram. Orta nəsil və yeni nəsil əl-ələ verib, bütün problemlərini birlikdə həll etməlidir. Azərbaycan kinosunun sevincini birlikdə bölüşməliyik.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”
16.03.2019
“Hamı “Qarabağ”ı məğlub etmək istəyir”
07.03.2019
Krançı qadın: “Bacarıq və cəsarət varsa, hər bir qadın istənilən kranı idarə edə bilər”
01.03.2019
“Milli geyimlərimiz Beynəlxalq Moda Festivalında hər kəs tərəfindən çox bəyənildi”
28.02.2019
Ötən il Neft Fondunun mənfəət nefti və qazın satışı üzrə gəlirləri 9,8 milyard dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info