Miqrantların gəliri Qırğızıstan və Tacikistan büdcəsinin 50 faizini təşkil edir
Tarix: 26.02.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Düşənbədə miqrantlara abidə ucaldılması təşəbbüsü ilə imza toplanmağa başlanılıb. Tacikistanın "Vesti.kg" saytının verdiyi məlumata görə, bu məqsədlə respublika parlamenti və hökumətinə müraciət ünvanlanıb.
“Bu gün Tacikistanda məhz miqrantlar abidə sahibi olmağa layiqdirlər. Hazırda Rusiyada milyondan artıq tacik işləyir, onlar ölkəyə pul göndərirlər. Məhz onların göndərdiyi pullar ölkənin ÜDM-nin yarısını təşkil edir. Əgər miqrantlar Tacikistana pul göndərməsə, bu zaman ölkədə yoxsulluğun səviyyəsi daha yüksək olar. Ölkəni sosial gərginliyə, cinayət və iğtişaşlara gətirib çıxara bilər. Biz dinc və firavan cəmiyyətdə yaşamağımıza görə, məhz miqrantlara minnətdar olmalıyıq”. Bunu müraciət müəllifləri yazırlar. Yeri gəlmişkən, Rusiya Mərkəzi Bankı bu yaxınlarda 2013-cü ilin 9 ayı ərzində Rusiyadan MDB ölkələrinə köçürülən pulların miqdarı barədə açıqlama verib. Açıqlamaya görə, bu müddət ərzində ən çox pul - 4.9 milyard dollar Özbəkistana göndərilib. Sonrakı yerləri 3 milyard dollarla Tacikistan, Ukrayna və Qırğızıstan tuturlar. Ümumilikdə, miqrantların Rusiyadan göndərdikləri pulların miqdarı təqribən 15 milyard dollardan artıqdır. Yeri gəlmişkən, Dünya Bankının məlumatına görə, 2012-ci illə müqayisədə Rusiyadan pul köçürmələri məhdudlaşdırılıb. Belə ki, həmin ildə Rusiyadan keçmiş SSRİ-nin 10 ölkəsinə göndərilən pulların ümumi həcmi 97,7%-i təşkil etmişdi. Qalan 2,3%-i isə Estoniya və Qazaxıstanın payına düşür. Bu məlumatı Rusiyanın Milli Tədqiqatlar Universitetinin demoqrafiya institutu nəzdində fəaliyyət göstərən "Ali iqtisadiyyat məktəbi" açıqlayıb.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info