“Almaniyadakı gənclərimiz daha aktiv olmalıdır”
Tarix: 26.02.2014 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Telman Əliyev: “Azərbaycan xaricdə nə qədər uğur qazanarsa, o qədər də çox qürurla bu haqda görüşlər keçirilə bilər”

Müsahibimiz Telman Əliyev Azərbaycanda - Bakının Pirşağı qəsəbəsində anadan olub. Təhsilinə 188 saylı orta məktəbdə başlayıb. 9-cu sinifdən Bakı Avropa Liseyinə dəyişərək 1999-cu ildə oranı bitirib. Sonradan təhsilini Rusiyanın Sankt-Peterburq şəhərində davam etdirib. Tibb təhsilini 2005-ci ildə bitirdikdən sonra Almaniyaya üz tutub. Hazırda Almaniyada həkim fəaliyyəti göstərir, eyni zamanda Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) fəallarındandır./i>

- Necə oldu ki, məhz Almaniyaya üz tutdunuz?
- Almaniyaya üz tutmağımın səbəbi mərhum babamın atama məsləhəti ilə bağlıdır. Babam 40 yaşında əsgərliyə çağırılıb. 2-ci Dünya müharibəsi zamanı Almaniyaya kimi gəlib çıxıb. Burada döyüş zamanı yaralanandan sonra, bir polşalı qadın tərəfindən ölülərin arasından tapılıb və yardım ediləndən sonra, alman əsgərləri tərəfindən lagerə aparılıb. Dediklərinə görə, o, lagerdə gördüyü işlərdən əlavə, orada olan insanlara Quran dərsi də deməyə davam edib. Müharibə bitdikdən sonra Azərbaycana və öz ailəsinə geri dönüb. Atama Almaniyadan, xatirələrindən çox-çox danışıb və ona nə zamansa Almaniyaya getməsini məsləhət görüb. Deyilənə görə, alman dilini də bilib. Təəssüflər olsun ki, mən babamı görməmişəm. Atam isə babamın məsləhətini və həmin hadisələri mənə danışaraq bu ölkəyə maraq yaradırdı. Mənim adım da məhz Almaniyadan gəlir. Ernst Telman məşhur alman kommunisti olub.
Beləcə, mən təhsilimi bitirənə yaxın alman dilini öyrənməyə başladım.
- Rusiyada tibb sahəsində öyrəndiklərinizin sizə köməyi oldu, yoxsa Almaniyada hər şeyi sıfırdan başlamalı oldunuz?
- Ailəmizdə ilk həkim mən oldum. Rusiyada öyrəndiklərimin mənə çox köməyi oldu. Təhsilimin 10 semestrini burada tanıtdıra bildim və davamını isə Almaniyanın Açen şəhərində başa vurdum.
- Belə bir fikir var ki, keçmiş sovet tibbi nəzəriyyəyə, Qərb tibbi isə praktikaya üstünlük verir. Siz bu fikirlə razısınız?
- Azərbaycanın tibbindən xəbərim olmadığı üçün deyə bilmərəm. Amma Rusiyada bizə daha çox praktika verilirdi. Məncə, Amerikada nəzəriyyəyə daha çox fikir verilir. Amma son zamanlar- həkimlərin başı pul qazanmağa qarışandan sonra, tələbələrə az vaxt ayrılırdı və belə də praktikaya imkanımız az olurdu. Hər bir tələbə gərək özü bir yol tapıb praktika etsin. Elə də mən boş vaxtlarımda müxtəlif xəstəxanalarda növbəyə qalaraq praktika qazanırdım. Almaniyada tibb təhsilinin son ili yalnız praktikadır və bu da işə başlamaq üçün gözəl bir pillədir.
- Ümumiyyətlə, almanların bizim tibbə nə dərəcədə ehtiyacı var?
- Bu suala cavab tapmağa çox çətinlik çəkirəm. Əlbəttə, Azərbaycanın xalq təbabəti çox geniş haldadır. Amma indi mən orada çox çətinliklə həkimlərə güvənərəm. Amma yaxşı bilən həkimlər də az deyil. Bu günlərdə Almaniyada tibb işçiləri çatışmazlığı çox yüksəkdir. Nəinki həkim, tibb bacısı belə çatışmır. Mən ölkəmizdən Almaniyaya gəlib burada təhsil almaq və işləmək istəyənləri çox xoş qarşılayıram. Burada aldığımız biliklər Vətəndə çox gərəklidir. Amma almanların Azərbaycana gedib və orada biliklərini paylaşmalarını daha çox istərdim. Unutmayaq ki, məhz Almaniya tibbi 20-ci əsrin əvvəllərində Azərbaycanda çox böyük bir rol oynayıb. Məhz köçəri almanlar Azərbaycana gələrək orada məktəblər, musiqi dərnəkləri və tibbi yardım məntəqələri də yaradıb və genişləndiriblər.
- Sizin tibb sahəsində hansısa elmi kəşfiniz varmı?
- Mən Rusiyada təhsil alarkən neyrocərrahiyyə üzrə tələbələrarası dərnək yaradaraq, bu dərnəkdə elmi işlərlə məşğul olmuşam. Təəssüflər olsun ki, Almaniyaya gələndə işlərimi tələbə yoldaşlarıma buraxdım və burada davam etdirmədim. İndiki işlədiyim klinikada əsasən praktikaya daha çox üstünlük verilir.
- Almaniyada diasporumuzun nəsilləri arasında əlaqə hansı formadadır?
- Biz gələndə diasporumuzun nəsilləri arasında əlaqə yarada bildik və çoxları bir-birini tanıyırdı. Getdikcə Almaniyada tələbələrimizin sayı çoxaldı və birlik bir çox yerdə və fərqli səbəbdən qırıldı. Ümid edirəm ki, səfirliyimiz və Diasporla İş üzrə Dövlət Komitəsi bu iş üzrə əlindən gələni əsirgəmir. Mən özüm tələbə olarkən bu işlə geniş məşğul olurdum. Təəssüf ki, işimə görə vaxtım çox az olur.
- Sizcə Almaniyadakı diasporumuz, bu ölkənin ictimai-siyasi mərkəzlərinə təsir imkanları olsun deyə hansı addımları atmalıdır?
- Azərbaycan xaricdə nə qədər uğur qazanarsa, o qədər də çox qürurla bu haqda görüşlər keçirilə bilər. Berlin Universitetində yaradılan Azərbaycan kafedrası böyük bir uğurdur. Gələcəkdə Austausch Proqramları daha genişləndirilərsə, məktəblilərin də Almaniya ilə əlaqəsi yaradılarsa, Azərbaycan mədəniyyəti burada geniş sahədə göstərilərsə, Azərbaycana maraq artar və bu da ictimai-siyasi baxımdan çox yaxşıdır.
Bizim gənclərə isə burada ictimaiyyətə inteqrasiya olmağı və alman siyasəti ilə dərindən maraqlanmağı məsləhət görərdim. Amma dilimizi və dinimizi gəlin unutmayaq! Bəzən xarici həkimlərdən eşidəndə ki, onların klinikasında bir azərbaycanlı həkim var, mən çox sevinirəm. Amma onların İslam dinindən imtina etməsini eşidəndə, bu məni çox üzür. Artıq Almaniyanın bir çox regionları İslam dinini tanıyır və dini məktəblərdə belə, öyrənməyə imkan yaradır.
- Sizcə, ATEİB- VASW qarşısına qoyduğu məqsədlərinə çata bilibmi?
-ATEİB hələ çox gənc bir cəmiyyətdir. Əlbəttə ki, bir çox məqsədlərinə çata bildi. Artıq stabil tələbə üzvü var və illik böyük görüşlər keçirir. Amma bizim gənclərin daha aktiv olmasını çox istərdim və yeni məqsədlərin yaranmasını və həyata keçməsini arzu edərdim. İmkan daxilində kömək etməyə mən də həmişə hazıram.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info