Ankarada “Xocalı şəhidləri” abidəsinin açılışı olub
Tarix: 26.02.2014 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Türkiyə parlamentinin Xarici əlaqələr komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat verib

Türkiyənin paytaxtı Ankarada "Xocalı şəhidləri" abidəsinin açılışı olub. "TRT Haber"in məlumatına görə, açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və bir sıra millət vəkilləri iştirak ediblər.
C.Çiçək Azərbaycan və Türkiyənin sadəcə bir millət, iki dövlət deyil, eyni zamanda, bir ananın iki oğlu olduğunu bildirib. O, qeyd edib ki, Xocalı faciəsinə biganə yanaşmaq qeyri-mümkündür: "Xocalı faciəsinə biganə yanaşan bizdən deyil. Bu, insanlığa qarşı törədilən cinayətdir". Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bəyanat verib. "Cihan" agentliyinin məlumatına görə, bəyanatda Xocalı faicəsini törədənlər şiddətlə qınanır və faciənin bəşər tarixinin ən qara səhifəsi olduğu bildirilir. Bununla yanaşı, komissiya Türkiyənin hər zaman Azərbaycanı dəstəklədiyini bildirir. Bəyanatda o da qeyd olunur ki, Türkiyə parlamentinin Xarici əlaqələr komissiyası Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa çağırır.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info