Finlandiyada ermənilərin təxribat planının üstü açılıb
Tarix: 26.02.2014 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Finlandiyanın paytaxtı Helsinkidəki “Caisa” mədəniyyət mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” adlı sərgi təşkil olunub. Çıxış edən tədbirin təşkilatçısı Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) sədri Vasif Muradlı qonaqlara Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtay isə öz çıxışında 22 il əvvəl törədilmiş Xocalı faciəsinin köklərinin əslində daha dərində olduğunu bildirib, ermənilərin əsrlər boyu türklərə qarşı kin-küdurət hissindən bəhs edib. O, gəncləri 2015-ci ildə qondarma erməni soyqırımının ildönümü ərəfəsində ermənilərin hər cür təxribatına qarşı ayıq-sayıq olmağa çağırıb. A. Oqtay bildirib ki, iki gün öncə, gənclərlə iş birliyi quran beynəlxalq “Loesje” təşkilatının Finlandiyadakı şöbəsinin (“Loesje Suomi”) adından məhz aprel ayında Ermənistanda təşkil ediləcək kurslara Finlandiyada təhsil alan azərbaycanlı və türk tələbələrin də dəvət edilməsi haqqında məlumat alıb. Tələbələrin elektron poçt ünvanlarına göndərilmiş dəvətdə diqqətçəkən məqamın bütün xərcin 70-100% ödənilməsi ilə bağlı olub.
A.Oqtay deyib ki, məlumat daxil olduqdan dərhal sonra FAA həmin təşkilata etiraz məktubu ünvanlayıb. Məktubda ermənilərin türklərə olan nifrət və düşmənçilik mövqeyi təşkilat rəhbərinə izah olunub. Həmçinin, ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında foto və videomateriallar “Loesje Suomi” təşkilatının rəhbəri Maria Nordlundə göndərilib. Bundan əlavə, FAA 2013-cü ilin fevralında Fransa parlamentində Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın başına gələnləri əks etdirən materialları, 2013-cü ilin iyul ayında Moldova Ombudsmanı Aureliya Qriqoriuya Ermənistan parlamentindəki çıxışına görə bu günə qədər dünya erməniləri tərəfindən təhdidləri sübut edən sənədləri “Loesje Suomi” təşkilatına təqdim edərək fin gənclərinin Ermənistana getməsinin nə qədər təhlükəli olduğunu çatdırmağa çalışıb: “Azərbaycan və türk tələbələrinə göndərilən dəvət birbaşa onların həyatını təhlükə altında qoymaq deməkdir. Finlandiya Azərbaycanlıları Assosiasiyası olaraq biz gənclərimizi təhlükədən qoruyaraq buna qəti etirazımızı bildiririk. Məhz Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində bu cür təxribat xarakterli dəvətnamələrin tələbələrimizə göndərilməsinə etiraz edir və pisləyirik”.
Tədbirdə iştirak edən Türkiyənin Helsinkidəki səfiri Adnan Başağa çıxış edərək türk tarixinin bu acı və kədərli səhifəsini daim diqqətdə saxlanılmasının vacibliyini bildirib. Finlandiyanın Tampere Universitetinin tibb fakültəsinin müəllimi, Doktor Minə Eray isə öz çıxışında erməniləri xərçəng xəstəliyinə bənzədərək, bəzən tibbin də yardım edə bilməyəcəyi xəstələrlə müqayisə edib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgidə Heydər Əliyev Fondu tərəfindən çap olunmuş Xocalı faciəsi haqqında kitablar, bröşürlar, faciəni əks etdirən fotoşəkillər və sənədli film nümayiş etdirilib. Sonda Avropa və Finlandiya parlamentlərinə Xocalı soyqırımının tanınması haqda müraciət qəbul olunub. Avropa parlamentlərinə ünvanlanan müraciət eyni zamanda Finlandiyadakı xarici səfirliklərə də göndərilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info