Binəqədidə Milli Qəhrəmanlar abidəsinin açılışı olub
Tarix: 26.02.2014 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunun Biləcəri qəsəbəsində Milli Qəhrəmanlar abidəsinin açılışı olub. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Milli Məclisin deputatları, fəal gənclər, hərbçilər, məktəblilər və başqaları iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov mərasimdə çıxış edərək ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda sinələrini sipər etmiş qəhrəman Vətən övladlarımızın daim dövlətin diqqətində olduğunu bildirib, onların keçdiyi şərəfli həyat yolunun gənc nəsillər üçün örnək olduğunu vurğulayıb.
Sonra abidənin açılışı olub. Mərasimdə çıxış edənlər milli qəhrəmanlarımızın xatirəsini daim əziz tutduğuna görə dövlət başçısına minnətdarlıqlarını bildirib. Milli qəhrəmanlarımızın xatirəsinə büstlərin qoyulması onların ruhuna olan ehtiramın bariz göstəricisi kimi qiymətləndirilib. Mərasimdə Binəqədi rayon 299 nömrəli orta məktəbin şagirdlərinin ifasında ağrılı-acılı müharibə illərini canlandıran səhnələr nümayiş etdirilib, milli qəhrəmanların həyat yolları barədə məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info