Aqşin Mehdiyev BMT baş katibinə müraciət etdi
Tarix: 27.02.2014 | Saat: 14:14:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının reallıqlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev tərəfindən BMT-nin baş katibi Pan Gi Muna məktub ünvanlanıb. Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən verilən məlumata görə, məktubda 1992-ci ildə Xocalıda baş vermiş qanlı hadisələr barədə ətraflı məlumat verilib, dünya ictimaiyyətinin, beynəlxalq təşkilat və media nümayəndələrinin, habelə şahidlərin faciəyə verdiyi qiymət öz əksini tapıb. Bundan başqa, sənəd vasitəsilə baş katibin nəzərinə törədilmiş cinayətlərin ermənilər tərəfindən həyata keçirildiyi və hazıradək günahkar şəxslərin cəza almadıqları çatdırılıb.
Eyni zamanda, fevral ayının 25-də faciə ilə bağlı eyni məzmunda hazırlanmış press-reliz BMT-yə üzv olan dövlətlərin ünvanlarına göndərilib. Bundan başqa, fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Nyu York şəhərində fəaliyyət göstərən "Azerbaijan New York Association" , "Amerika-Azərbaycan Qadınlar Assosiasiyası", "Türkiyə-Amerika Assosiasiyası" və "Federation of Turkish American Associations" təşkilatları ilə birlikdə iki etiraz aksiyası təşkil olunub.
Əvvəlcə təşkilatların nümayəndələri Ermənistanın BMT yanında Daimi nümayəndəliyi qarşısında toplaşıb, Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən transparantları ətrafdakı əcnəbilərə nümayiş etdirib, baş vermiş hadisələr barədə ətraflı məlumat verib, çıxışlar ediblər. Daha sonra sözügedən təşkilatların nümayəndələri etiraz aksiyasını BMT qərargahın binasının qarşısında əvvəlcədən şəhər meriyasından alınmış icazə əsasında davam etdiriblər. Burada tədbirə Nyu Yorkda təhsil alan azərbaycanlı və türk tələbələr qatılıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək
17.01.2019
Astanada 20 Yanvar şəhidləri anılıb
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info