Fletçer Hüquq və Diplomatiya Məktəbində Xocalı qurbanları yad edilib
Tarix: 27.02.2014 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


ABŞ-ın Massaçusets ştatında yerləşən nüfuzlu Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində keçirilən tədbirdə Xocalı soyqırımının qurbanları yad edilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirdə universitetin beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssisləri beynəlxalq cinayətdə ədalət mühakiməsi və soyqırımı, müharibə və insanlığa qarşı cinayətlərin beynəlxalq cinayət təqibi haqqında geniş məruzə ilə çıxış ediblər. Tədbirdə sülh və təhlükəsizliyin bərqərar olmasında beynəlxalq cinayətin ədalət mühakiməsi (ədliyyəsi), o cümlədən, soyqırımı, müharibə və insanlığa qarşı cinayətləri törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi haqqında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları Xocalıda törədilmiş cinayətlə Cenevrə Konvensiyasının təməl müddəalarının pozulduğunu bildirib və bu kimi insanlıq faciələrinin qarşısının alınması üçün tezliklə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin labüd olduğunu vurğulayıblar.
Qeyd edək ki, tanınmış ictimai-siyasi xadimlərin məzunu olduğu Fletçer Hüquq və Diplomatiya Məktəbi beynəlxalq münasibətlər üzrə ABŞ-ın ən qədim təhsil ocaqlarından biridir və bu sahə üzrə mütəxəssislərin yetişdirilməsində olduqca məşhurdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info