100 min ağacın əkilməsi ilə bağlı layihəyə start verildi
Tarix: 27.02.2014 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


"Coca-Cola" şirkəti ADA Universiteti ilə birgə tərəfdaşlıq çərçivəsində Azərbaycanda 2020-ci ilə qədər 100 min ağacın əkilməsini nəzərdə tutan "Ağac Əkək. Təbiətə Pay Verək" adlı layihəyə start verib. Layihənin əsas məqsədi eko-sistemdən faydalanaraq ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir. Layihənin təqdimat mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev layihənin ekologiya üçün vacibliyini vurğulayıb.
H.Paşayev deyib ki, "Coca-Cola" ilə ADA Universiteti arasında səmərəli iş birliyi var və həm universitet, həm də "Coca-Cola" bu əməkdaşlıqdan bəhrələnir: "Coca-Cola"nın dünyada yayılması böyük reallıqdır, ancaq eyni zamanda "Coca-Cola" digər sahələrdə də böyük işlər həyata keçirir. Elə bu layihənin özü ekologiya üçün çox səmərəli bir layihədir". H.Paşayev qeyd edib ki, Azərbaycanda ekologiya sahəsində böyük işlər görülür və sözügedən layihə ilə bu işlər daha da gücləndiriləcək.
Daha sonra çıxış edən "Coca-Cola"nın Tükiyə, Qafqaz və Mərkəzi Asiya üzrə biznes bölməsinin prezidenti Galya Molinas qeyd edib ki, burada əsas məqsəd layihə vasitəsilə havanın çirklənməsi, su təchizatı və torpaq erroziyası kimi problemlərin qarşısını almaqdır. Daha sonra ADA Universiteti ilə "Coca-Cola" şirkəti arasında layihənin həyata keçirilməsi ilə bağlı sənəd imzalanıb.
Qeyd edək ki, layihə ADA Universitetinin Enerji və Ətraf Mühit üzrə Xəzər Mərkəzi tərəfindən həyata keçiriləcək
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info