Qonşu şəhər və rayonların sərhədləri ilə bağlı yeni qaydalar təsdiqləndi
Tarix: 27.02.2014 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Nazirlər Kabineti "Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma qaydaları"nı təsdiq edib. Nazirlər Kabinetindən verilən məlumata görə, bu sənəd ərazi planlaşdırılması sənədləri (ümumi, baş və müfəssəl planlar) hazırlandıqda, onların qonşu ərazi vahidləri ilə razılaşdırılması məsələlərini tənzimləyir.
Qaydalara əsasən, ərazi planlaşdırılması sənədlərinin ilkin layihələri razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə uyğun olaraq maraqlarına toxunulan qonşu inzibati ərazi vahidlərinə göndərilir. Ümumi planlar hazırlandıqdan sonra ərazi planlaşdırılması sənədləri müvafiq rəyin alınması üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir. Şəhərlərin inzibati sərhədi qonşu şəhər və rayon inzibati əraziləri ilə həmsərhəd olduqda, şəhərin Baş planı işlənildikdən sonra razılaşdırılmaq üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir. Qonşu inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti orqanlarına göndərilən layihələrə 1 ay müddətində münasibət bildirilməlidir, əks halda layihə razılaşdırılmış hesab olunur. Qonşu ərazi vahidlərindən təqdim edilən iradlar əsaslandırılmış formada qəbul olunmadığı halda, Nazirlər Kabinetinə müraciət olunur və müvafiq komissiyanın yekun rəyi tərəflər üçün məqbul hesab olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info