Elektron Hökumət üçün Təlim Mərkəzi yaradılacaq
Tarix: 27.02.2014 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOIKA) «Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması Layihəsi» çərçivəsində ölkəmizə mütəxəssis qrupu ezam edib. Azərbaycan Rabitə və Texnologiyaları Nazirliyindən (RİTN) verilən məlumata görə, martın 7-dək Bakıda olacaq koreyalı mütəxəssislər RİTN-də azərbaycanlı həmkarları ilə görüşlər keçirərək layihə ilə bağlı bir sıra məsələləri müzakirə edəcək. Nümayəndə heyətinin başlıca məqsədləri azərbaycanlı dövlət qulluqçuları üçün standartlaşdırılmış informasiya-kommunikasiya texnologiyalarını (İKT) tövsiyə etmək və yenidən işləmək, həmçinin KOIKA-nın qrant layihəsi çərçivəsində Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması ilə bağlı İnformasiyalaşdırılmış Strategiya Planını hazırlamaqdan ibarətdir. Koreyalı mütəxəssislər həmçinin İT bacarıqları və İT təhsil sistemi ilə bağlı mövcud vəziyyəti araşdırmaq, dövlət qulluqçularının, xüsusilə İT sahəsində potensialın artırılması ilə bağlı RİTN-in tələblərini təhlil etmək və Nazirliyin bu sahədəki gələcək planlarını öyrənmək niyyətindədirlər. Təhlilə əsasən, RİTN-in mövcud sisteminin yaxşılaşdırılması üçün təşkilati işlər, iş prosesi və onun idarə olunması ilə bağlı tövsiyələr veriləcək. Koreyalı və azərbaycanlı mütəxəssislərin həmçinin onlayn kontentlər, layihənin qrafiki ilə bağlı müzakirələr aparacağı da nəzərdə tutulur. Xatırladaq ki, Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması ilə bağlı Koreya XİN və Azərbaycan RİTN arasındakı Qrant Razılaşması 2013-cü il aprelin 18-də Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İnn və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb. Büdcəsi 3,7 mln. ABŞ dolları olan bu layihə KOIKA tərəfindən həyata keçirilir. Layihənin məqsədləri Elektron Təhsil İnformasiya Sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulmasına dəstək verilməsi, informasiya texnologiyaları avadanlıqlarının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, İKT və e-hökumət potensialının təşviq olunmasıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info