Krım parlamenti referendum keçiriləcəyini bəyan edib
Tarix: 27.02.2014 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Krım Muxtar Respublikasının (KMR) Ali Radası muxtariyyətin statusu və onun gələcəyi haqqında Ümumkrım referendumunun keçiriləcəyini elan edib. Muxtariyyətin əhalisinə Ali Radanın Rəyasət Heyəti müraciət edib. Bu barədə İTAR-TASS xəbər yayıb.
KMR Ali Radası sədrinin mətbuat katibi Oksana Korniyçuk bildirib: "Ukraynada hakimiyyətin silahlı qruplaşmaların dəstəyi ilə radikal millətçilər tərəfindən qeyri-konstitusion yolla ələ keçirilməsindən sonra Krımda sülh və sabitlik təhlükə altındadır. Krım parlamentinin binası yanında dünən baş vermiş, qan axıdılmasına və insan ölümünə gətirib çıxarmış toqquşmalar ölkədə baş qaldıran siyasi ekstremizmin və zorakılığın nəticəsidir. Ukrayna tam şəkildə xaosa, anarxiyaya və iqtisadi fəlakətə yuvarlanır. Bu şəraitdə Krım Muxtar Respublikasında hakimiyyətin ən yüksək səlahiyyətli orqanı kimi Ali Rada onu seçmiş krımlıların iradəsinə söykənərək, Krımın taleyi üçün bütün məsuliyyəti öz üzərinə götürür". Müraciətdə deyilir ki, demokratiyanın əsas qanunlarını rəhbər tutaraq Krım parlamentinin Rəyasət Heyəti xalq hakimiyyəti prinsiplərinin birbaşa tətbiqini yaranmış vəziyyətdən yeganə çıxış yolu hesab edir: "Rəyasət Heyəti əmindir ki, yalnız muxtariyyətin statusunun təkmilləşdirilməsi və onun səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar məsələ üzrə Ümumkrım referendumunun keçirilməsi ilə krımlılar xaricdən təzyiqlər və diktələr olmadan muxtariyyətin gələcəyini müəyyən etmək imkanı əldə edəcəklər".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
ABŞ-da həbs edilən İranın Press TV kanalının müxbiri azadlığa buraxılıb
24.01.2019
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri həbs olunub
24.01.2019
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info