Əhalinin tibbi müayinədən keçirilmə prosesi davam edir
Tarix: 27.02.2014 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Prezidenti İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı göstərişi yüksək səviyyədə icra olunur. Kampaniya çərçivəsində həyata keçirilən tədbirlər bölgələrdə də uğurla davam etdirilir. Bu məqsədlə Ağstafa rayonunda yaradılan komissiyanın sədri, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova bildirib ki, tibbi müayinə Ağstafa şəhər poliklinikasında, rayon mərkəzi xəstəxanasında və kəndlərdə yerləşən həkim və tibb məntəqələrində aparılır. Rayon üzrə yaradılan 8 komissiyaya 60-dan çox bilikli, bacarıqlı həkimlər cəlb olunub. Rayon sakini İbrahim Əliyev bu nəcib aksiyanı yüksək qiymətləndirərək demişdir ki, müayinənin təşkilindən çox razıdır. Həkimlər onu hərtərəfli, dəqiq müayinə edib, lazımı diqqət göstərilib. Təcrübəli həkimlər müayinəyə gələn rayon sakinlərini hərtərəfli müayinədən keçirir, onlara məsləhətlər verilir, ehtiyac duyulduqda xəstələr müalicəyə cəlb olunurlar. Sakinlər də öz növbəsində bu aksiyadan olduqca məmnundurlar və göstərilən qayğıya görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildirirlər.
Prezident İlham Əliyevin tapşırığı əsasında fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi kampaniyası Sabunçu rayonunda da davam etdirilir. Dövlət başçısının tapşırığının icrası ilə əlaqədar rayon icra hakimiyyətində əvvəlcədən tədbirlər görülüb. Tibbi müayinələrin yüksək səviyyədə təşkili məqsədi ilə icra başçısının sərəncamı ilə müvafiq komissiya yaradılıb, xüsusi qrafik tərtib edilib. Bu barədə fevralın 27-də Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova məlumat verib. O deyib ki, hazırda sakinlər rayondakı 10 tibb müəssisəsində müayinə olunurlar. Fevralın 17-dən indiyədək 20 min 993 rayon sakini tibbi müayinədən keçib. Ümumilikdə 270 min 591 sakinin profilaktik müayinədən keçirilməsi nəzərdə tutulub. Maştağadakı 7 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinikasında sakinlər qrafik əsasında qeydiyyata düşdükdən sonra terapevtlər tərəfindən yoxlanılır, eyni zamanda, müxtəlif müayinələrdən keçirlər. Poliklinikanın şöbə müdiri Elbrus Əlili bildirib ki, müayinələr xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. İndiyədək 5 minə yaxın sakin hərtərəfli tibbi müayinədən keçib. Müayinə olunanların 404-də ürək-damar çatışmazlığı, yuxarı tənəffüs yolları ilə bağlı xəstəliklər aşkar edilib. Müayinədən keçənlər öz sağlamlıqları barədə məlumat əldə etdiklərinə görə Prezident İlham Əliyevin bu humanist addımından razılıqlarını bildiriblər.
Kütləvi surətdə tibbi müayinədən keçirilmə prosesi Kürdəmir rayonunda da uğurla icra olunur. Rayon mərkəzi xəstəxanasının baş həkimi Nizami Feyzullayev bildirib ki, mayın 1-dək davam edərək tibbi müayinəyə rayon üzrə 80 min nəfərə yaxın vətəndaş cəlb ediləcək. Hər gün rayon üzrə tibbi müayinədən orta hesabla 1100-1200 nəfər keçir. Ümumiyyətlə, indiyədək rayonda müayinəyə 12000 nəfərdən çox sakin cəlb olunub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info