“Vahid Rusiya” miqrantlara viza tətbiqinə qarşı
Tarix: 27.02.2014 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Dumasının "Vahid Rusiya" fraksiyasından olan üzvləri Kommunist Partiyası tərəfindən irəli sürülən miqrant işçilər üçün viza tətbiqi layihəsinin əleyhinə səs veriblər.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, fraksiyasının üzvləri sənəd üçün heç bir təşəbbüs göstərməyib.Təşəbbüsü ancaq 208 nəfərdən ibarət kommunist deputatlar dəstəkləyib. Qanunun qəbul edilməsi üçün 226 millət vəkilinin səs verməsi tələb olunurdu. Bu sənədə dəstək məqsədi ilə kommunist millət vəkillərinin təşəbbüsü ilə 21 mindən çox imza toplanmışdı. Sənədin müəllifləri hesab edirlər ki, layihənin məqsədi Rusiya ərazisində xarici işçilərin məşğulluq məsələsinin hüquqi tənzimlənməsini yaxşılaşdırmağa yönəlib. Qanuna əsasən, Belarus və Qazaxıstan vətəndaşları istisna olmaqla, qonşu ölkələrdən gələn əmək miqrantları Rusiya ərazisində sərbəst işləmək üçün ümumi əsaslandırılmış iş vizası almalıdırlar. Bu prosedura fərq qoyulmadan ölkədə yaşayan bütün miqrantlara tətbiq edilməlidir. “Levada” mərkəzi kommunistlərə istinadən bildirir ki, Rusiya əhalisinin 84 faizi Mərkəzi Asiya ölkələri ilə viza rejiminin tətbiq edilməsini dəstəkləyir. Miqrantların ölkə üçün əsas təhlükə mənbəyi olduğunu iddia edənlər də var.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info