“Sumqayıtdakı ermənilərin iğtişaşlarla bağlı əvvəldən xəbəri olub”
Tarix: 28.02.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Baş prokurorun birinci müavini Rüstəm Usubov 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara həsr olunmuş “Sumqayıt, 1988. Cinayət və cəza” kitabının təqdimat mərasimində bildirdi ki, istintaqla müəyyən edilib ki, 26 il əvvəl Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyətinin kütləvi iğtişaşların baş verəcəyindən əvvəlcədən xəbərləri olub: “Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb şəhərdən köçüb getmələri müəyyən edilib. Köçüb gedənlərin əksəriyyəti imkanlı ailələr olub. Həmin ərəfədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılıb”.
R. Usubov qeyd edib ki, həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları istintaqda müəyyən edilib. R. Usubovun sözlərinə görə, hazırda aparılan istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətçə erməni olan qadınlar dindirilib və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etdiklərini bildiriblər. Bundan başqa, hələ SSRİ Baş Prokurorluğunun istintaq qrupu istintaq apararkən, Ermənistan SSR Prokurorluğunun müstəntiqləri Sumqayıtdan köçüb Ermənistana getmiş erməniləri dindirmiş və həmin şəxslər də azərbaycanlıların onları xilas etmələri barədə ifadələr vermişdilər. Bu faktdan, yəni guya hadisələr zamanı azərbaycanlılardan ölənlərin olmaması «fakt»ından istifadə edən ermənilər Sumqayıt hadisələri zamanı bir nəfər də olsun, azərbaycanlının öldürülməməsi barədə, iddialarını bu gün də davam etdirirlər: “Ermənilərin iddialarına baxmayaraq, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilib ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 4 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunub və işin icraatına əsassız olaraq xitam verilib. Həmin cinayət işi üzrə tərəfimizdən aparılan əlavə istintaq zamanı sübut olunub ki, Bakı 1 №-li avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Markaryan Valeri Vaskanoviç Sumqayıt şəhərində idarə etdiyi avtobusu küçədə səki ilə hərəkət edən insanların üstünə qəsdən sürüb, nəticədə 4 azərbaycanlı həlak olub. İstintaq aparanlar isə rus millətindən olmaqla hadisəni elə qələmə veriblər ki, guya zərərçəkənlərin özləri günahkar olub və guya təsadüfən hərbçilərin idarə etdikləri zirehli texnikanın tırtılları altında qalaraq ölüblər. Ölənlərin yaxın qohumları da bu vaxtadək elə güman ediblər ki, hadisə hərbçilər tərəfindən törədilib. Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info