Ermənilər azərbaycanlıları vəhşi insanlar kimi qələmə vermək istəyirdilər
Tarix: 28.02.2014 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizdə 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara həsr olunmuş “Sumqayıt, 1988. Cinayət və cəza” kitabının təqdimat mərasimində bildirib ki, ötən əsrdə 70 ildən çox müddətdə mövcud olan Sovetlər İttifaqı 80-ci illərin axırlarında siyasi, iqtisadi, elmi baxımdan çox zəifləmiş bir dövlətə çevrilmiş və milli hərəkatlar başlamışdı: “Milli azadlıq hərəkatları müxtəlif respublikalarda - Azərbaycanda, Baltikyanı və digər ölkələrdə aparılırdı. Sovet imperiyası bunların qarşısını almaq üçün müxtəlif tədbirlər görür, insana xas olmayan anti-xalq, çirkin metodlara əl atır, etnik qrupları bir-birinə qarşı qaldırırdı. Belə bir zamanda Azərbaycanın Sumqayıt şəhərində belə bir hadisə törədildi”. A.Əlizadə qeyd edib ki, bu hadisələr öz-özlüyündə haradasa düşünülmüş bir mərkəzdən aparılır, istiqamət verilir və rəhbərlik olunurdu. Onun sözlərinə görə, 1988-ci ildən ötən 26 il ərzində erməni siyasətçiləri hər dəfə bu hadisələrdən öz mənafeləri naminə istifadə olunmasına çalışıblar: “Bununla da Azərbaycanın mövqeyini zəiflətmək, azərbaycanlıları vəhşi insanlar kimi qələmə vermək istəyirdilər. Lakin bu gün Azərbaycanın dünya ictimaiyyətində öz dəst-xətti var. Bunun nəticəsində də ermənilərin bu siyasətləri ayaq tutub yerimir. Bu gün qloballaşan dünyada multikulturalizm, tolerantlıq siyasəti azərbaycanlıların necə xalq olduğunu dünyaya sübut edir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info