Sahibkarlarımız Qazaxıstan iqtisadiyyatına 130 milyon dollardan artıq sərmayə yatırıb
Tarix: 28.02.2014 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


2005-ci ildən Qazaxıstan iqtisadiyyatına qoyulan Azərbaycan investisiyalarının həcmi 130 milyon dolları ötüb. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Bakıda ikitərəfli biznes forumdan əvvəl bildirib. R.Məmmədov bildirib ki, ölkələrimiz arasında investisiya fəallığı daim artır. Təkcə ötən il Qazaxıstanda Azərbaycan investisiyalarının həcmi təxminən 40 milyon dollar təşkil edib. Onun sözlərinə görə, hər iki ölkənin sahibkarları Azərbaycanda və Qazaxıstanda fəaliyyətlərinin genişləndirilməsi üzərində fəal çalışırlar: "Qazaxıstanda Azərbaycan kapitallı 700-dən artıq hüquqi şəxs çalışır. Eyni zamanda ölkəmizdə Qazaxıstan kapitallı 52 şirkət fəaliyyət göstərir. Hazırda Aktauda iri logistik mərkəzin tikintisi layihəsinin reallaşdırılmasını da qeyd etməmək olmaz. Ölkələrimiz arasında əməkdaşlığın potensialı daha çox şeyə nail olmağa imkan verir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub
19.03.2019
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb
19.03.2019
Prezident və xanımı Bakıda Novruz şənliyində

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info