Ukrayna BMT Təhlükəsizlik Şurasına müraciət edəcək
Tarix: 28.02.2014 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Ukrayna dövləti Krımda yaranmış durumun araşdırılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməyə hazırlaşır. Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov bildirib ki, Ukrayna BMT TŞ-dən Krımdakı situasiyanın monitorinqini aparmağı və ölkənin suverenliyinin pozulması halında tədbirlər görməyi xahiş edəcək. Ali Rada 1994-cü ildə imzalanmış Budapeşt Memorandumuna əsasən Ukraynanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatçısı olan dövlətlərə (ABŞ, Britaniya, Rusiya) rəsmi müraciət ünvanlayıb. Müraciətdə Krım Muxtar Respublikasında son günlər baş verənlərdən, o cümlədən hərbi müdaxilədən narahatlıq ifadə olunur və bunun Memorandumun pozulması olduğu bildirilir. Parlamentarilər silahlı şəxslər tərəfindən Krımda dövlət binalarının və hava limanının ələ keçirilməsindən, eləcə də Rusiya ordusuna məxsus hərbi texnikanın Ukrayna tərəfi ilə razılaşdırılmadan hərəkətindən dərin narahatlıq keçirdiklərini ifadə ediblər: “Bununla əlaqədar Ali Rada Rusiyadan Ukraynanın ərazi bütövlüyünə qəsd əlamətləri daşıyan hərəkətlərə və separatizmə verdiyi dəstəyə son qoymağı tələb edir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info