Yoiçi Kobayaşi: “Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq geniş şəkildə şaxələnib”
Tarix: 28.02.2014 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, fevralın 26-da Tokioda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclası keçirilib. Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyasının həmsədri, İtoçi korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşi iclasda müzakirə edilmiş məsələlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Yeddinci iclasın 2011-ci ilin noyabrında Bakıda keçirildiyini xatırladan Y.Kobayaşi deyib: Ötən dövr Azərbaycanın sürətli inkişafı ilə xarakterizə olunur. Həm də bu inkişaf yalnız neft-qaz sənayesini deyil, iqtisadiyyatın digər sahələrini də əhatə edib. Ötən iclasda Azərbaycan öz niyyətlərini bildirib və biz artıq onların reallığa çevrilməsinin şahidiyik. Buna artıq fəaliyyətə başlamış sənaye parkını misal göstərə bilərik. Azərbaycan rəhbərliyinin iqtisadiyyatın şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi xətti reallığa çevrilməkdədir. Tokioda keçirilən iclasda Azərbaycanın Yaponiya tərəfi qarşısında konkret istiqamətlər üzrə irəli sürdüyü təkliflər də təsdiqləyir ki, ölkənizin iqtisadiyyatı yalnız neft-qaz sahəsində deyil, digər sahələrdə də uğurla irəliləyir. Bu, deməyə əsas verir ki, növbəti iclas tərəflər arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyacaq.
Azərbaycan tərəfinin əvvəllər irəli sürdüyü təkliflər içərisində infrastruktur layihələrinin üstünlük təşkil etdiyini xatırladan Y.Kobayaşi bildirib ki, həmin layihələr neft-qaz hasilatı nəticəsində əldə olunmuş gəlir hesabına həyata keçirilirdi. O vaxt Yaponiya şirkətlərinin də qoşulduğu layihələr, onların texniki və avadanlıq təchizatı məhz dövlətçiliyin özülünün möhkəmləndirilməsinə xidmət edirdi. Bu gün isə həmin mərhələ geridə qalıb, Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Bunu Tokioda keçirilən iclasda Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərin kosmik sənaye, kosmosun mənimsənilməsi, süni peyklərin buraxılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, səhiyyənin müasir standartlar səviyyəsinə qaldırılması kimi istiqamətləri də təsdiqləyir. Bundan əlavə, enerji layihələri neft-qaz yataqlarından yalnız hasilatı deyil, eyni zamanda emal sənayesini əhatə edir. Həmçinin humanitar əməkdaşlıq sahəsində kadrların hazırlanması kimi məsələlər də gündəmə gəlib. Bütün bunlar deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr çox geniş şəkildə şaxələnib və zənginləşib.
Azərbaycanın TANAP və TAP kimi nəhəng beynəlxalq layihələrə imza atmağa başladığını qeyd edən Y.Kobayaşi deyib ki, bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir. Yaponiya şirkətlərinin həmin layihələrə həm maliyyə mexanizmləri, həm də texnologiya və təcrübəli kadrlarla qatılacağını diqqətə çatdıran yaponiyalı həmsədr bunun iki ölkə arasında əməkdaşlıq münasibətlərini daha da yaxşılaşdıracağını vurğulayıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info