Nağıllarımız planşet, kompyuter və smartfonlara uyğunlaşdırılır
Tarix: 28.02.2014 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Kompüter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə “Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsinin ikinci mərhələsi artıq başa çatıb.
Layihənin ikinci mərhələsi çərçivəsində “Qızıl ilan” və “Təlimli pişik” nağılları ərsəyə gətirilib.
Layihənin maliyyələşdirilməsi AGF tərəfindən həyata keçirilib. Layihə çərçivəsində hazırlanmış interaktiv nağıllar azyaşlıların və yeniyetmələrin maariflənməsi və inkişafına yönəldilib.
İnteraktiv nağıllar dünyada geniş istifadə olunan “touch screen” imkanlarını dəstəkləyən platformalara uyğun hazırlanıb. Nağılların planşet kompüter və smartfonlar da daxil olmaqla ən müasir texnologiyaların vasitəsilə izlənilməsi mümkündür.
Bu layihənin unikallığı nağılları izləyən uşağın özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss etməsi, istədiyi əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə bilməsidir. Üstəlik, nağılları səssiz izləmək də mümkündür. Belə ki, uşaqlar interaktiv cizgi filminin səsini (nağılın süjetinin gedişatının audio səslənməsi dayandırıldıqdan sonra) tam almaqla subtitrlərin köməyilə nağılı özləri oxuya bilərlər. Bu da öz növbəsində balacaların oxumaq, təxəyyüllərini genişləndirmək və ünsiyyət yaratmaq qabiliyyətlərinin inkişafı üçün olduqca önəmlidir. Ən əsası ilə uşaqlarımız kiçik yaşlarından başlayaraq müasir informasiya-kommunikasiya texnologiyaları ilə tanış ola və onlarla işləməyi öyrənə biləcəklər.
Hazırda layihə çərçivəsində hazırlanmış bütün nağılları “Play Market”in köməyilə “https://play.google.com” linkinə daxil olub yükləmək mümkündür. Nağılların rəsmi təqdimatı yaxın zamanda olacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info