İzmirdə Xocalı ilə bağlı tədbirlər
Tarix: 28.02.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi dərnəyi idarə heyəti üzvləri 25 fevralda Xocalı soyqırımının 22-ci ildönümündə şəhidlərimizi anmaq üçün bir araya gəldilər. Dərnəyin idarə heyətinin üzvü Rəsmiyə Nəsiboğlunun “Palitra” ya verdiyi məlumata görə, "İnsanlığın utancı, türklərin dinməyən gözyaşı Xocalı" şüarı ilə tədbir təşkil edən xanımlar bu acı həqiqəti Türkiyə vətəndaşlarına çatdırmaq üçün əllərindən gələni əsirgəmədilər. Bu məqsədlə dərnək binasının önündə günorta saatlarında şəhidlərin ruhuna lokma dağıdılıb ehsan verildi. Hər lokma payının üstündə iştirakçılara Xocalı soyqırımı faciəsini əks etdirən kart-açıqca verildi. Çünki Türkiyədə də bu faciə haqqında çox insan demək olar ki, heç nə bilmir. Dərnək başqanı Cəvahir Əhmədova öz çıxışında gələn qonaqlara bu faciənin bütün detallarını açıqladı. "İzmir şehit Aileleri İnsan Hakları və Yardımlaşma" dərnəyi, "Ahıska Türkleri" dərnəyi, "Balkan Göçmenleri" dərnəyi başqanları, MHP Konak İlçə Kadın Kolları başqanı Ayşəgül Çətinkaya, Türk-Büro Sen dərnək başqanı Nəbi Yay da gələn qonaqlar arasında idilər. Onlar da öz çıxışlarında bu faciənin ağrılı və üzücü olduğunu vurğulayaraq Türk dünyası insanlarını bir-birlərinə dəstək olmağa səslədilər. Dərnəkdə Xocalı faciəsini əks etdirən videolar, "Keşke olmasaydı " sənədli televiziya filmi nümayiş etdirildi. "Bolqar Türkleri " dərnəyi başqanı Mehmət Sərbəst yazdığı "Biz çox, amma çox acılar çəkdik" şerini oxudu və iştirakçıları göz yaşlarına boğdu. ASAİF -in İzmir üzrə koordinatoru Dokuz Eylül Universiteti marketinq üzrə magistr məzunu Ramin Cəfərov da gələn qonaqların suallarını cavablandırdı və yaxın keçmişdəki hadisələrə faktlarla aydınlıq gətirdi.
Dərnək üzvlərindən Nazilə Atayeva, Nurgül Iğdır, Fidan Çelik, Bedia Fidanboy, Arzu Abbasova, Dəniz Damar, Şəfəq Alganer və digər xanımlar gün ərzində ara vermədən gələn qonaqlara bu vəhşəti əks etdirən rəsmlər payladılar və Xocalı plakatları, rəsmləri ilə faciəni tam anlamı ilə çatdırmağa çalışdılar. Bir gün öncə dərnəyimiz "Zəkəriyə Doğan Mədəniyyət evi" dərnəyi ilə birlikdə anım mərasimi keçirdilər. Mərasimdən öncə “Azərbaycan-Türkiyə qadınlar birliyi” başqanı Tənzilə xanım Rüstəmxanlı, Kənan Doğan və Cəvahir Əhmədova basın toplantısına qatıldılar və verilən sualları cavablandırdılar. Fevralın 23-də isə dərnək üzvlərimizlə birlikdə Azərbaycanın Ankaradakı səfirliyinin Təhsil Müşavirliyinin nəzdində Azərbaycan Dialoq və Qardaşlıq dərnəyinin təşkil etdiyi (ADKA-DƏR) “Dünya Hocalıyı Anlatıyor” layihəsi ilə şəhidlərimizi yad edirik” adlı mərasimə qatıldıq. Milli Məclisin deputatı Qənirə xanım Paşayevanın da iştirak etdiyi bu tədbirdə Türkiyədə təhsil alan dünyanın 29 ölkəsinin və Azərbaycandan olan tələbələrin birgə hazırladığı layihə çox yüksək səviyyədə təqdim edildi. Qənirə xanım Paşayeva da öz ürək sözlərini söylədi və tələbələrə kitab hədiyyə etdi. Bu gün - 26 fevralda dərnək üzvlərimizdən bir qrupu İzmir Universitetində keçirilən "Xocalıya ədalət" adlı toplantıya qatıldılar. İdarə Heyəti üzvü Səbinə Şehri (Əliyeva) isə Türkiyə Böyük Millət Məclisində keçirilən görüşlərə qatıldı. Bir sözlə, 26 fevral həftəsi çox rəngbərəng tədbirlər ilə yadda qaldı. Tədbirlər hələ də davam edir. Bizə elə gəlir ki, Türk dünyası əvvəlki illərə nisbətən daha çox fəallaşır və haqlarını qorumağa çalışır.
Günəş




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info