“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, onu qoruyub saxlamalıyıq”
Tarix: 28.02.2014 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti, 179-cu məşğələsi keçirilib. NDU-nun Mətbuat şöbəsinin müdiri Mehriban Sultanın “Palitra”ya verdiyi məlumata görə, “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusuna həsr olunmuş məşğələdə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli sərəncamına əsasən bu yubileyin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Naxçıvanın ərazi bütövlüyü və toxunulmazlığı ümummilli lider Heydər Əliyevin tarixi siyasi xidmətləri, muxtar vilayət kimi bugünkü hərtərəfli müasir inkişafı isə məhz Heydər Əliyev ideyalarına sədaqətin təcəssümüdür. Rektor, 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunması ilə bağlı təhsil işçilərinin, ziyalı gəncliyin qarşısında duran vəzifələrdən, keçiriləcək yubiley tədbirlərindən danışıb.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov mövzu ilə bağlı ətraflı məruzə edib. Məruzədə zaman-zaman ermənilərin əsassız ərazi iddialarına məruz qalan Naxçıvanın müdafiəsində, Azərbaycanın tərkibində muxtar respublika kimi qalmasında 1921-ci ildə imzalanan Beynəlxalq Moskva və Qars müqavilələrinin tarixi-siyasi əhəmiyyəti təhlil olunub. Tarixçi alim ümummilli liderin siyasi fəaliyyətinin Naxçıvan dövrünün elmi-siyasi şərhini verərək deyib: “Dahi öndərin Naxçıvan fəaliyyətini əsas prioritet istiqamətləri aşağıdakılardır: ərazilərin erməni işğalından müdafiəsi, milli azadlıq hərəkatına rəhbərlik və milli şüuru oyatmaq, milli dövlət strukturlarını yaratmaq. Ümummilli lider bu mühüm tarixi missiyaları həyata keçirməklə nəinki Naxçıvanın, bütövlükdə Azərbaycanın müstəqilliyinin qorunması, taleyüklü məsələlərin həlli istiqamətində qətiyyətli siyasi qərarlar qəbul edib. Dahi öndər 1992-ci ilin mart ayında Türkiyəyə səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək, dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkarlıq siyasətinə yönəldərək Naxçıvanın muxtariyyət statusunu, əzəli Azərbaycan torpaqları olmasını beynəlmiləl səviyyədə bir daha təsdiqləyib”. Məruzəçi Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş konstitusiyası ilə Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu verildiyini bildirərək vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvanın muxtariyyət statusu qorunub saxlanıb. Qədim tarixə, mühüm siyasi və iqtisadi strateji əhəmiyyətə malik region bu gün misli görünməmiş şəkildə tərəqqi etməkdədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info