Çexiyada Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib
Tarix: 28.02.2014 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Çex Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları paytaxt Praqada Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım tədbirləri təşkil edib. Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Aksiyanın ilk günündə Praqadakı Çex Musiqi Akademiyasının orqan zalında Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, orqanist Rasimə Babayevanın ifasında orqan musiqisi gecəsi təşkil olunub. Gecənin təşkilatçısı Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) Çex Respublikası üzrə nümayəndəsi Eldar Vəliyev tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımı haqqında məlumat verib. Daha sonra musiqi nömrələrinin ifasına başlanılıb.
Xocalı soyqırımında həlak olanların ruhuna həsr edilmiş musiqi gecəsində Azərbaycanın Çex Respublikasındakı səfiri Tahir Tağızadə, səfirliyin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, yerli tələbələr, gənclər və mətbuat nümayəndələri iştirak edib.
Xocalı soyqırımının 22-cü ildönümü ilə keçirilən aksiyaların növbəti günündə isə Praqa şəhərinin mərkəzi meydanında stendlər qurulub, Xocalı soyqırımını əks etdirəm kadrlar, çarxlar nümayiş olunub, qətliamla bağlı ingilis və çex dilində broşur, disk və jurnallar paylanılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info