Şimali Kiprdə tələbələrimizdən möhtəşəm tədbir
Tarix: 28.02.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Xocalı qətliamının 22-ci ildönümü ilə əlaqədar olaraq, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Yakın Doğu Universitetinin “Azərbaycanlı Tələbələr Birliyi” “Hepimiz Hocalıyız” adlı tədbir keçirib. Tədbirə Yakın Doğu Universitetinin və Girnə Amerikan Universitetinin müəllim və tələbə heyəti, Şimali Kipr Türk Cümhuriyyətində yaşayan Azərbaycan türkləri, mətbuat nümayəndələri qatılıblar. Xocalı soyqırımı ilə bağlı qurulan stend tədbir iştirakçılarının böyük marağına səbəb olub. Tədbir 22 il əvvəl Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə qətlə yetirilən şəhidlərin ruhunu yad etməklə başlayıb. Sonra tədbir Azərbaycan və Türkiyə Cümhuriyyətinin himnləri ilə davam edib. Tədbirin aparıcısı olan Yakın Doğu Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin doktorantura tələbəsi, eyni zamanda ASAİF-in Şimali Kipr üzrə fəalı Rəşad Ələkbərov Azərbaycanın Şimali Kipr üzrə Diaspor rəhbəri, eyni zamanda Yakın Doğu Universitetinin rektor yardımçısı Pr. Dr. Fəhrəddin Sadıqoğlunu çıxış üçün səhnəyə dəvət edib. Hər bir dövlətin tarixində kədərli və şad günlərin olduğunu qeyd edən Pr. Dr. Fəhrəddin bəy belə bir çətin gündə azərbaycanlı tələbələrin birlik nümayiş etdirməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Xocalı soyqırımı, Qarabağ müharibəsi ilə bağlı tarixi məlumatları tələbələrlə bölüşən Fəhrəddin bəy, yetişən müasir Azərbaycan gəncliyinin Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin məntiqli nəticəsi olduğunu qeyd edib. Yanvar 1992-ci ildə Azərbaycanın Xocalı bölgəsində 83-ü uşaq və 106-sı qadın olmaqla 613 mülki şəxsin öldürüldüyünü söyləyən Fəxrəddin bəy, 22 il əvvəl həyata keçirilən vandalizm aktlarının sadəcə Azərbaycan türklərinə qarşı deyil, insanlığa qarşı olduğunu, gec və ya tez Azərbaycan türklərinin öz ata -ana torpaqlarına qayıdacağına səmimi qəlbdən inandığını qeyd edib. Tədbir iştirakçıları arasında əcnəbi tələbələrin olduğunu qeyd edən Rəşad Ələkbərov çıxışını xarici dildə edib. Çıxışında Xocalı soyqırımının Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya – Herseqovina, Peru və Honduras dövlətləri tərəfindən tanındığını vurğulayan Rəşad Ələkbərov Xocalı hadisələrində 613 Azərbaycan vətəndaşının öldürüldüyünü, 487 nəfərin ağır yaralandığını, 1275 nəfərin Erməni silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, girov götürülən Azərbaycan vətəndaşlarının 150 nəfərinin taleyinin qeyri-müəyyən olduğunu bildirib. Tədbirdə Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı broşürlar tədbir iştirakçılarına paylanıb. ŞKTC, Türkiyə, Pakistan, İran İslam Respublikası, Suriya, Nigeriya və digər ölkələrdən olan tələbələr Xocalıda baş verən hadisələrlə bağlı suallarını tədbir təşkilatçılarına ünvanlayıblar. Tədbir rejissor və aktyor Ceyhun Mirzəyevin “Fəryad” filmi ilə başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info