Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb
Tarix: 01.03.2014 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə yaradılmış, Rumın-Amerikan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb. Fonddan verilən məlumata görə, açılış mərasimində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumın-Amerikan Universitetinin rəhbər və müəllim heyəti, tələbələr, Rumıniyada yaşayan azərbaycanlılar iştirak ediblər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Rumın-Amerikan Universitetinin rəhbərliyinə sıx əməkdaşlıq nəticəsində Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
O, tədbir iştirakçılarına Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi barədə məlumat verib, Buxarestdə bu fənlərin tədrisinin başlanması ilə iki xalq arasındakı əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib. İqbal Hacıyev dərslərə yazılan rumıniyalı tələbələri təbrik edib və onlara uğurlar arzulayıb. Rumın-Amerikan Universitetinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Şerban Corcesku Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya universitetə verdiyi dəstəyə və məhsuldar əməkdaşlığa görə dərin təşəkkürünü bildirib. O, rumın tələbələrin Azərbaycan dilinə və ədəbiyyatına marağını iki xalq arasında gündən-günə inkişaf edən əlaqələrin təzahürü kimi qiymətləndirib. Şerban Corcesku belə səmərəli layihələrin gələcəkdə davamlı olacağına inamını ifadə edib.
Mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfəq Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə belə bir imkanın yaradılmasına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. O, rumın tələbələri arasında Azərbaycan mədəniyyətinə, tarixinə, dilinə və ədəbiyyatına marağın həddən artıq çox olduğunu vurğulayıb. Bildirib ki, gələcəkdə bu tələbələr Rumıniyada bir çox sahələrdə çalışıb Azərbaycanın layiqli elçiləri olacaq, iki xalq arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə səmərəli töhfələrini verəcəklər.
Tədbir bitdikdən sonra Azərbaycan dili fənninin birinci dərsi başlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info