“Sumqayıtda yaşayan ermənilərin iğtişaşlarla bağlı əvvəldən xəbəri olub”
Tarix: 01.03.2014 | Saat: 00:36:00 | E-mail | Çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Baş Prokurorluğun təşkilatçılığı ilə hazırlanmış “Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirildi. Baş Prokurorluğun Xarici İşlər Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk növbədə Sumqayıt hadisələrinin gerçək mahiyyətinin üzə çıxarılması və dünya ictimaiyyətinə təqdim olunmasına dövlət maraqlarının əhəmiyyətindən danışdı.

Ermənilər azərbaycanlıları vəhşi insanlar kimi qələmə vermək istəyirdi
Akademik qeyd etdi ki, 26 il bundan əvvəl baş verən bu hadisənin əsasında erməni millətçilərinin saxta torpaq iddiaları ilə SSRİ rəhbərliyinin imperiya maraqlarının bir nöqtədə kəsişməsi dayanır: “Bu niyyəti həyata keçirmək üçün Azərbaycan xalqını vəhşi, qaniçən, qeyri-tolerant obrazda dünya ictimaiyyətinə təqdim etmək istəyən erməni millətçiləri hətta öz soydaşlarını belə güdaza verməkdən çəkinmədilər”. Kitabda SSRİ və Azərbaycan SSRİ Prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaq materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və digər şahid ifadələrindən, həmçinin məhkəmə materiallarından istifadə olunub. Bununla yanaşı, uydurma “Böyük Ermənistan” problemi, “erməni məsələsinə” həsr olunmuş çoxsaylı ədəbiyyatdan istifadə edilməklə, hadisələrin səbəb və nəticələri, cinayətin icraçılarının cəzalandırıldığı da göstərilir. Nəşrdə Sumqayıt iğtişaşlarının yaranma səbəbinin izahını verən, iştirakçılarını ifşa edən müəlliflərin öz obyektivliyi və subyektivliyi ilə seçilən fərziyyə, mühakimə və mülahizələri də yer alıb.
A. Əlizdə bildirdi ki, ötən əsrdə 70 ildən çox müddətdə mövcud olan Sovetlər İttifaqı 80-ci illərin axırlarında siyasi, iqtisadi, elmi baxımdan çox zəifləmiş bir dövlətə çevrilmiş və milli hərəkatlar başlamışdı: “Milli azadlıq hərəkatları müxtəlif respublikalarda - Azərbaycanda, Baltikyanı və digər ölkələrdə aparılırdı. Sovet imperiyası bunların qarşısını almaq üçün müxtəlif tədbirlər görür, insana xas olmayan antixalq, çirkin metodlara əl atır, etnik qrupları bir-birinə qarşı qaldırırdı. Belə bir zamanda Azərbaycanın Sumqayıt şəhərində belə bir hadisə törədildi”. A.Əlizadə qeyd edib ki, bu hadisələr öz-özlüyündə haradasa düşünülmüş bir mərkəzdən aparılır, istiqamət verilir və rəhbərlik olunurdu. Onun sözlərinə görə, 1988-ci ildən ötən 26 il ərzində erməni siyasətçiləri hər dəfə bu hadisələrdən öz mənafeləri naminə istifadə olunmasına çalışıblar: “Bununla da Azərbaycanın mövqeyini zəiflətmək, azərbaycanlıları vəhşi insanlar kimi qələmə vermək istəyirdilər. Lakin bu gün Azərbaycanın dünya ictimaiyyətində öz dəst-xətti var. Bunun nəticəsində də ermənilərin bu siyasətləri ayaq tutub yerimir. Bu gün qloballaşan dünyada multikulturalizm, tolerantlıq siyasəti azərbaycanlıların necə xalq olduğunu dünyaya sübut edir”.

AMEA-nın xarici ölkələrdə elmi diasporu var

A. Əlizadə bildirdi ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) xarici ölkələrdə elmi diasporu var. Onun sözlərinə görə, görülən işlərlə kifayətlənmək lazım deyil, xaricdə işləyən azərbaycanlı alimlər və diaspor təşkilatları ilə daha sıx əməkdaşlıq edilməlidir: “Bununla hadisənin mahiyyətini, düzgün faktları onların vasitəsilə çatdırmaq lazımdır. Bu gün dövlət xətti ilə xaricdə təhsil almağa göndərilən çoxsaylı tələbələr var. Onların, xaricdə fəaliyyət göstərən səfirliklərin imkanlarından istifadə edib həqiqətləri dünyaya yaymalıyıq”.

«Öldürülən ermənilərin əksəriyyəti “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir”

Sonra Baş prokurorunun birinci müavini Rüstəm Usubovun kitab haqqında məruzəsi dinlənildi. Qeyd edildi ki, kitabın hazırlanmasında əsas məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitabda əsasən 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədənlər, təşviq edən qruplar haqqında materiallar yerləşdirilməklə yanaşı, kitabın müəllifləri hadisələri sifariş verən və təşkil edən qüvvələrin izlərinin respublikanın hüdudlarından kənara çıxdığını göstərməyə çalışıblar.
R.Usubov bildirdi ki, istintaqla müəyyən edilib ki, 26 il əvvəl Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyətinin kütləvi iğtişaşların baş verəcəyindən əvvəlcədən xəbərləri olub: “Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb şəhərdən köçüb getmələri müəyyən edilib. Köçüb gedənlərin əksəriyyəti imkanlı ailələr olub. Həmin ərəfədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılıb”.
R. Usubov qeyd etdi ki, həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları istintaqda müəyyən edilib. R. Usubovun sözlərinə görə, hazırda aparılan istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətçə erməni olan qadınlar dindirilib və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etdiklərini bildiriblər. Bundan başqa, hələ SSRİ Baş Prokurorluğunun istintaq qrupu istintaq apararkən, Ermənistan SSR Prokurorluğunun müstəntiqləri Sumqayıtdan köçüb Ermənistana getmiş erməniləri dindirmiş və həmin şəxslər də azərbaycanlıların onları xilas etmələri barədə ifadələr vermişdilər. Bu faktdan, yəni guya hadisələr zamanı azərbaycanlılardan ölənlərin olmaması «fakt»ından istifadə edən ermənilər Sumqayıt hadisələri zamanı bir nəfər də olsun, azərbaycanlının öldürülməməsi barədə, iddialarını bu gün də davam etdirirlər: “Ermənilərin iddialarına baxmayaraq, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilib ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 4 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunub və işin icraatına əsassız olaraq xitam verilib. Həmin cinayət işi üzrə tərəfimizdən aparılan əlavə istintaq zamanı sübut olunub ki, Bakı 1 №-li avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Markaryan Valeri Vaskanoviç Sumqayıt şəhərində idarə etdiyi avtobusu küçədə səki ilə hərəkət edən insanların üstünə qəsdən sürüb, nəticədə 4 azərbaycanlı həlak olub. İstintaq aparanlar isə rus millətindən olmaqla hadisəni elə qələmə veriblər ki, guya zərərçəkənlərin özləri günahkar olub və guya təsadüfən hərbçilərin idarə etdikləri zirehli texnikanın tırtılları altında qalaraq ölüblər. Ölənlərin yaxın qohumları da bu vaxtadək elə güman ediblər ki, hadisə hərbçilər tərəfindən törədilib. Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
R.Usubovun sözlərinə görə, Sumqayıt hadisələri ilə bağlı Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldova hüquq-mühafizə orqanlarına SSRİ Prokurorluğunun istintaq qrupunun üzvləri barədə məlumatlar əldə edilməsi üçün sorğular verilib.
R. Usubov qeyd etdi ki, Sumqayıtda «Krunk» təşkilatının emissarlardan biri o vaxt Qarabağdan Sumqayıta hərbi komissar kimi göndərilən Kalantarov soyadlı erməni polkovnik olub. O, buradakı ermənilərin hamısının siyahısını və ünvanlarını bilib, hadisələr ərəfəsində iş yerini dəyişmək adı ilə aradan çıxıb: “Aşkar edilib ki, yaşayış binasının bir girişində 1, 2, 3 və 4-cü mərtəbələrində erməni milliyyətindən yaşayan vardısa, cinayətkarlar 1-2-ci mərtəbəyə yox, 3-cü mərtəbədə yaşayan erməninin evinə girərək hadisə törədiblər. Bəzi mənzilləri ermənilər boşaldıb sonradan özləri yanğın törədib və kompensasiya istəyiblər. Bu məsələ də tam sübut edir ki, ermənilər məqsədyönlü hərəkət ediblər. MTN arxivlərində saxlanılan «Nalyotçik» adı altında məxfi işdən müəyyən edilib ki, Sumqayıt hadisələri ərəfəsində yerli KQB şöbəsinin nəzarətində 47 nəfər ekstremist-millətçi erməni əsilli şəxs var və həmin şəxslərdən biri belə hadisələr zamanı zərərçəkən siyahısında olmayıb. Bu faktlar bir daha təsdiq edir ki, «Krunk» cəmiyyəti ilə əlaqə saxlayan erməni millətçiləri sağ-salamat qalıblar”. R. Usubov həmçinin bildirdi ki, aparılmış hazırkı istintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Vilayətində fəaliyyət göstərən «Krunk» cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir. İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədilə Prezident Administrasiyasına, Nazirlər Kabinetinin Qaçqın və köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər, Milli Təhlükəsizlik, Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinə, Ali Məhkəməyə, Həmkarlar İttifaqları Konfederasiyasına, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, respublikanın bəzi kütləvi informasiya vasitələrinə və Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğular göndərilərək, əksəriyyətinə cavablar alınıb. R. Usubov qeyd etdi ki, tərəfimizdən həmin dövrdə Sumqayıt şəhərində partiya sovet və hüquq mühafizə orqanlarında işləmiş, habelə kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri dindiriliblər: “Onların verdikləri ifadələrdən belə nəticəyə gəlmək olar ki, hadisələr Sovet rəhbərliyinin hansısa məkrli planları və xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirilib və idarə olunub, iğtişaşların qarşısını almaq üçün dövlət rəhbərliyi səviyyəsində lazımi tədbirlər görülməyib. Əksinə, Kremlin göstərişi ilə rəsmi Bakı Sumqayıt hadisələrinin guya bir qrup xuliqan tərəfindən törətdiyini qəbul edib, siyasi səbəbləri araşdırmaq, onlara siyasi qiymət vermək əvəzinə, günahkarları öz içimizdə, Sumqayıt şəhərinin o vaxt rəhbərləri arasında axtarmağa, tez-tələsik onları vəzifədən və partiyadan çıxarmağı çalışıb.
SSRİ daxili işlər naziri Puqonun 1991-ci ildə özünü vurması faktı üzrə müstəntiq Niyazi Vəlixanov onun evində baxış apararkən çoxlu sayda qovluqlar müəyyən edib, həmin qovluqlarda Dağlıq Qarabağ, Mesxeti türklərinin Özbəkistandan qovulması və bununla əlaqədar SSRİ Daxili İşlər Nazirliyinə mütəmadi məlumatların verilməsi aşkar edilib. Sumqayıt Rayon Polis idarəsinin rəis əvəzi, milis podpolkovniki Xanlar Cəfərov general Krayevdən Nasosnıda (indiki Tağıyev qəsəbəsi) hərbi qoşunların Sumqayıta yeridilməsini xahiş etsə də, o bunu etməyərək «Bir qrup xuliqanın öhdəsindən gələ bilmirsiniz» iradı tutaraq, bundan imtina edib, nəticədə ölənlərin sayı 32-yə çatıb. Yalnız bundan sonra komendant saatı təyin olunub”.
Daha sonra akademik İsa Həbibbəyli, kitabın həmmüəllifləri Ramazan Məmmədov, Eyruz Məmmədov, AMEA-nın müxbir üzvü Kamal Abdulla, professor Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Rafael Hüseynov və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış edərək kitabın ərsəyə gəlməsinin mühüm, əhəmiyyətli və eyni zamanda, gərgin bir fəaliyyətin məntiqi nəticəsi olduğunu vurğuladılar.

Nigar Abdullayeva
“Sumqayıtda yaşayan ermənilərin
iğtişaşlarla bağlı əvvəldən xəbəri olub”

Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”

© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info