Gəncədə fermerlərə traktorlar verilib
Tarix: 01.03.2014 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri Heydər Əsədov Gəncədə aqrar sahədə istifadə edilən texnikaların fermerlərə təqdimatı mərasimində iştirak edib.
Tədbir Aqrolizinq” ASC-nin Gəncə Təchizat Bazasında təşkil edilib. Heydər Əsədov çıxışında bildirib ki, ölkə rəhbəri respublikada aqrar sahənin inkişafını daim diqqətdə saxlayır və bu sahənin inkişaf etdirilməsi üçün müvafiq tapşırıqlar verilir. Nazir fermerlərə lizinq yolu ilə texnikaların verilməsi prosesinin bundan sonrada davam edəcəyini və hər ay bu kimi tədbirlərin keçiriləcəyini bildirib: “Əvvəllər texnika fermerlərə təqdim edildikdən sonra yerdə qalan sənədləşmə işlərini təsərrüfat sahibləri özləri etməli idilər. Artıq bu ildən bütün sənədləşmə işləri müvafiq qurumlar tərəfindən görülür, hətta traktorlara nömrələr də alınaraq sahiblərinə verilir. Ən əsası isə fermerlərə texnika ilə rəftar və onun idarə edilməsi sahəsində təlim keçirilir. Təlimin məqsədi də istifadəçilərin texnikadan düzgün yararlanmaları məqsədi daşıyır”. Nazir 30 təlim keçən fermerə aldıqları traktorların sənədlərini təqdim edib və bildirib ki, gələcəkdə fermerlərə texnikaların lizinq yolu ilə verilməsi mexanizmində də təsərrüfat sahiblərinin xeyrinə dəyişiklik ediləcək. H.Əsədov qeyd edib ki, 200 traktor fermerlərə verildikdən sonra daha 400 traktor ehtiyacı olan təsərrüfat sahiblərinə təqdim ediləcək. Bundan sonra isə növbəti illər üçün tələbatlar nəzərə alınmaqla istehsalçı müəssisəyə sifarişlər veriləcək.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info