Tibbi müayinələr davam edir
Tarix: 01.03.2014 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Yasamal rayonu Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən ölkədə həyata keçirilən əhalinin dispanserləşdirilməsi aksiyasına qoşulub. Yasamal rayonunda M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (eksperimental xəstəxana), 10 poliklinika və təqribən 15 ixtisaslaşdırılmış tibb müəssisəsi fəaliyyət göstərir.
Yasamal Rayon İcra Hakimiyyətində əhalinin tibbi-profilaktiki müayinəsinin təşkil edilməsi üçün müvafiq qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb, xüsusi cədvəllər tərtib edilib. Rayon sakinləri arasında təşkilati-maarifləndirmə işləri aparılıb. Rayon icra hakimiyyətinin nümayəndəsi Zöhrab Cəfərov bildirib ki, aksiyanı yüksək səviyyədə keçirmək üçün 3, 16 və 19 nömrəli şəhər poliklinikalarında hər cür şərait yaradılıb. İdarə və təşkilatların əməkdaşlarının, habelə yataq xəstələrinin müayinəsi üçün həkim briqadaları təşkil edilib. Fevralın 17-dən bu günə kimi 21 mindən çox rayon sakini tibbi müayinədən keçib.
16 nömrəli poliklinikanın baş həkimi Rövşən Abbasov deyib ki, onun başçılıq etdiyi tibb müəssisəsi Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildə əsaslı təmir olunub və ən müasir tibbi avadanlıqla təchiz edilib. Fevralın 17-dən bu poliklinikada 6530 rayon sakini müayinə olunub, o cümlədən 1145 nəfər rentgen, 1099 nəfər laboratoriya, 305 nəfər ultrasəs, 278 nəfər elektrokardioqrafiya müayinələrindən keçib. R.Abbasov onu da bildirib ki, poliklinikada səyyar həkim briqadaları yaradılıb. Briqadalar cədvələ uyğun olaraq, təşkilat və müəssisələrdə, məktəblərdə müayinə aparır, evlərə gedib yaşlı adamlara və xəstələrə xidmət edirlər. Xəstəlik aşkarlandıqda müvafiq müalicə kursları təyin olunur.
Dövlətimizin başçısının bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılayan rayon sakinləri poliklinika heyətinin işindən, burada yaradılan şəraitdən razı qaldıqlarını bildirib. İqtisad üzrə fəlsəfə doktoru Mirzəli Cəfərov müayinə olunduqdan sonra ölkə vətəndaşlarının sağlamlığına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlığını bildirib.
Tibbi müayinələr insanların sağlamlığına göstərilən diqqət və qayğının humanitar mahiyyətindən xəbər verir.
Əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsi Zərdab rayonunun sakinləri tərəfindən də böyük razılıq və minnətdarlıqla qarşılanır. Eyni zamanda bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi hər bir həkimdən və tibb işçisindən yüksək məsuliyyət tələb edir. Mərkəzi rayon xəstəxanasının doğum şöbəsinin müdiri Südabə İsmayılova deyib ki, Prezidentimizin bu humanist addımı, insanların sağlamlığını düşünərək verdiyi tapşırıq nəinki geniş ictimaiyyət, eləcə də həkimlər tərəfindən minnətdarlıqla qarşılanıb: “Ölkəmizin gələcəyi sağlam nəslin yetişdirilməsindən birbaşa asılıdır. Bu cür nəsil isə qadınlarımızın sağlamlığı, dünyaya gətirdikləri sağlam uşaqlarla formalaşır. Şöbə müdiri kimi indi adi günlərdəkindən üç dəfə çox qadını qəbul edir, onları hərtərəfli tibbi müayinədən keçirirəm. Tərtib olunmuş qrafik əsasında ən ucqar kəndlərə gedir, qadınlarımızı, qızlarımızı müayinə edirik. Bu, çox vacib bir işdir və Prezidentimizin insanlara, onların sağlamlığına göstərdiyi diqqət və qayğının humanitar mahiyyətindən xəbər verir. Müayinələr zamanı xroniki iltihab, endometrit, uşaqlıq borusunun eroziyası və digər xəstəliyi olan qadın və qızlarımızla qarşılaşdıq ki, onların vaxtında müalicəyə cəlb edilmələri çox vacibdir. Aksiyanın əsas məqsədlərindən biri də elə budur”.
Əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da uğurla davam etdirilir. Ağdam rayon icra hakimiyyəti başçısının müavini Ağa Zeynalov bildirib ki, dövlətimizin səhiyyənin inkişafına göstərdiyi qayğının nəticəsi olaraq son illər mərkəzi rayon xəstəxanası, uşaq xəstəxanası, doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası, ağ ciyər xəstəlikləri dispanseri və ruhi-əsəb dispanseri üçün binalar tikilib istifadəyə verilmiş, poliklinika şöbəsi əsaslı təmir olunmuş, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilmişdir. Sakinlər Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən humanitar aksiyanı dövlətimizin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsi kimi dəyərləndirirlər. Rayon sakinləri qrafik əsasında mərkəzi rayon xəstəxanasında və 5 kənd sahə xəstəxanasında müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kənd və qəsəbələrində də əhalinin müayinəsi həyata keçirilir. İndiyədək 10 minə yaxın sakin tibbi müayinədən keçirilib. Mərkəzi xəstəxananın baş həkimi Gülnar Abbasova bildirib ki, xeyirxah aksiyanın mütəşəkkil keçirilməsi üçün xəstəxanada hər cür şərait yaradılıb. Müayinəyə terapevt, cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər cəlb olunub. Vətəndaşlar kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən keçirilir. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Xəstəlik aşkar edilən vətəndaşlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunurlar. Ölkə başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır. Müayinədən keçən Ağdam Dövlət Sosial İqtisad Kollecinin müəllimi Hamlet Cəfərli yaradılan şəraitdən, vətəndaşların müayinəsinin təşkilindən razılıq edərək deyib: “Dövlətin güclü olması üçün əhalinin sağlamlığı əsas şərtlərdəndir. Prezident İlham Əliyevə ölkə sakinlərinin qayğısına belə yüksək səviyyədə qaldığı üçün minnətdarlığımı bildirirəm”.
Nigar

Qeydiyyatdan asılı olmayaraq pulsuz
tibbi müayinədən keçmək olar

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət alıb.
Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Bu məqsədlə səhiyyənin prioritet sahələri üzrə 9 Dövlət Proqramı qəbul olunub. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi, ölkənin dövlət tibb ocaqlarında pulsuz xidmət göstərilməsinə başlanılıb. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların dərmanlarla pulsuz təmin olunması və müalicəsi diqqət mərkəzində saxlanılır. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində də ölkədə ardıcıl tədbirlər həyata keçirilib. Bu məqsədlə 6 perinatal mərkəz fəaliyyətə başlayıb. Son 10 ildə səhiyyə sahəsində görülən işlər nəticəsində ümumilikdə 500-ə yaxın tibb müəssisəsində təmir və tikinti işləri aparılıb. Onlardan təxminən 70 faizi regionların payına düşür. Prezident bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı çıxışında da bildirib ki, sosial sahənin əsas istiqaməti insanların sağlamlığıdır: “Bu sahəyə də daim böyük diqqət göstərilir. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda aparılan islahatları təqdirlə qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə və xüsusilə Bakıda müasir tibb müəssisələrinin yaradılması geniş vüsət alıb. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində də təmir-bərpa işləri aparılacaq və gözəl şərait yaradılacaq. 2014-cü ildə səhiyyə sahəsi, ümumiyyətlə, sosial sahə prioritet olaraq qalacaq”. Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən fevralın 17-dən başlayan əhalinin pulsuz müayinədən keçməsi ilə bağlı kampaniya ölkədə uğurla davam etdirilir. Bu gün müxtəlif bölgələrdə təşkil olunan bu müayinə prosesində iştirak edən əhali öz razılığını bildirir. Müayinədən yararlanmaq istəyən bəzi vətəndaşlar qəzetimizə müraciət edərək yaşadıqları ərazidə qeydiyyatda olmadıqlarını bildiriblər. Onların müraciətlərində bildirilir ki, qeydiyyatda olmadan bu kampaniya çərçivəsində tibbi müayinədən keçmək mümkündürmü? Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirliyə müraciət etdik. A.Qədirli bildirdi ki, həmin şəxslər qeydiyyatdan asılı olmayaraq ərazi poliklinikasında qeydiyyata düşüb müayinədən keçə bilərlər. Mətbuat xidmətinin rəhbəri onu da bildirdi ki, bu müayinə həmin ərazidəki hansısa xəstəxana deyil, ancaq poliklinikalara aid edilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info