“Bakı Qış Neft Məktəbi“ layihəsinə start verilib
Tarix: 03.03.2014 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində Alman Akademik Mübadilə Xidmətinin "Şərqə Doğru" Proqramı çərçivəsində "Bakı qış məktəbi" layihəsi Mart 03-14, 2014 tarixlərində həyata keçiriləcək.
Bakı Ali Neft Məktəbindən “Palitra”ya verilən məlumata görə, BANM tərəfindən təşkil edilən "Bakı Qış Neft Məktəbi"ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində bakalavr, magistr və doktorluq dərəcələri üzrə təhsil alan 12 tələbə ilə yanaşı, 5 azərbaycanlı tələbə də iştirak edir. Layihəyə əsasən tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Səyanesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər, Bərpaolunan enerji mənbələri mövzularında kurslar keçəcəklər.
Layihə çərçivəsində tələbələr yalnız akademik biliklərə yiyələnməyəcək, həmçinin Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə əsrarəngiz təbiəti olan Şəkiyə səyahət edəcək, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olacaq, "Mart soyqırımı qurbanlarını" yad etmək üçün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcək və proqram çərçivəsində Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün Səngaçal Neft Terminalı, palçıq vulkanları, tarixi neft quyularıyla, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərə tanış olacaqlar.
Proqramın sonunda iştirakçılar Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info