Yəhudi icmasının ən nüfuzlu toplantısında Azərbaycanla bağlı müzakirələr
Tarix: 03.03.2014 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsinin (The American Israel Public Affairs Committee) ənənəvi İllik Siyasi Konfransında geniş auditoriya qarşısında çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, konfrans çərçivəsində keçirilmiş, moderatoru Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitunun Türkiyə Araşdırmaları proqramının direktoru Soner Cağaptay olan "Yeni müttəfiqlər: İsrail və Cənubi Qafqaz regionu" mövzusunda müzakirələrin digər iştirakçıları Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu nəzdində fəaliyyət göstərən İpək Yolu Araşdırmaları Proqramının direktoru Svante Kornel (Svante Cornell) və Hayfa Universitetinin baş mühazirəçisi Brenda Şaffer olub.
İlk olaraq, Azərbaycanın ABŞ-la münasibətləri haqqında məlumat verən diplomat iki dövlətin enerji sektoru, terrorçuluğa qarşı mübarizədə yaxından əməkdaşlıq etdiyini, regional inkişafı və inteqrasiyanı sürətləndirəcək gündəmdə olan enerji layihələrinin reallaşmasında ABŞ-ın siyasi dəstəyinin vacib olduğunu deyib.
Səfir Elin Süleymanov Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin tarixindən bəhs edərək, bu münasibətlərin strateji müttəfiqlik xarakter almasında Azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin rolunun danılmaz olduğunu bildirib.
Tarixən yəhudilərin əhalisinin əksəriyyətinin müsəlman olduğu dövlətdə dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşduğunu və qəhrəmanlıqla şəhid olması faktının Azərbaycan xalqının heç vaxt unutmayacağını qeyd edib.
Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirən səfir yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmliyini qeyd edib və bu xüsusda, İsrail Prezidenti və xarici işlər nazirinin ölkəmizə səfərlərini xatırladıb.
Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu bildirən səfir tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət ayrıldığını vurğulayıb, nəticədə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini deyib.
Daha sonra çıxış edən Svante Kornel və Brenda Şaffer beynəlxalq arenada baş verən siyasi proseslər fonunda region dövlətlərinin xarici siyasət istiqamətlərini təhlil ediblər.
Məlumat üçün bildirək ki, ABŞ-dakı yəhudi icmasının ən genişmiqyaslı toplantısı olan İllik Siyasi Konfrasda bütün ştatlardan on üç mindən çox nümayəndə iştirak edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info