Magistratura imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq
Tarix: 03.03.2014 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələri yaxın iki gün ərzində açıqlanacaq.
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2014/2015-ci tədris ili üçün qəbul imtahanının birinci mərhələsinin məzmunu ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına martın 5-i saat 17:00-dək şəxsən müraciət edə bilərlər.
İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə sənəd verib. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində keçirilib.
Mayın 1-5-də magistraturaya proqram seçimi keçiriləcək. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 25-də olacaq. Magistraturaya ixtisaslaşma seçimi isə 29 may - 1 iyun tarixlərində olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info