CNN: “Heydər Əliyev Mərkəzi reytinqdə birincidir”
Tarix: 03.03.2014 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Nüfuzlu "Emporis" şirkətinin versiyasına görə, Heydər Əliyev Mərkəzi binaların qiymətləndirilməsi üzrə dünyanın 15 ən gözəl konsert zalları siyahısında birinci olub. Bu barədə ABŞ-ın CNN telekanalının saytı yazıb. Məqalədə deyilir: "Hamburqda yerləşən şirkət dünyanın daha böyük təəssürat oyadan konsert zallarının siyahısını tərtib edib. Bizim günümüzdə konsert zallarının binaları da gözəl arxitekturaya malik olurlar". Reytinqi tərtib edən şirkətin fikrincə, bu gün öz memarlıq siması, dizayn üslubu, rəng həlləri ilə fərqlənən çoxlu konsert zalları tikilir.
Məqalədə bildirilir: "Şirkətin reytinqində birinci yeri Bakıdakı Heydər Əliyev Mərkəzi tutur. "Ağ binanın qatlanmış, dalğavari forması onun mənzərədən hazırlanması illüziyası yaradır". Daha sonra reytinqdə 1963-cü ildə tikilmiş Berlin filarmoniyasının binası, Rio-de-Janeyrodakı "Cidade Das Artes" və Sinqapurdakı "Esplanade" binaları göstərilir. Reytinqə ABŞ-da tikilmiş iki bina daxil edilib. Onlardan biri "Disney Concert Hall"-dur. Sayt yazır ki, müəlliflərin fikrincə, bina "bir-birinin içərisinə qoyulmuş əyilmiş metal lövhələrə bənzəyir... və onun dizaynı qəribə fantaziyaları xatırladır".
Məqalədə deyilir ki, bu reytinqin gözlənilməz səhvlərindən biri məşhur Sidney operasının oraya daxil edilməməsidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info