Turizm potensialımız “Nyu-York Tayms” səyahət sərgisində nümayiş olunub
Tarix: 03.03.2014 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Azərbaycanın bir neçə turizm şirkətini bir araya gətirən “Azərbaycan möcüzələri” (“Wonders of Azerbaijan”) layihəsi ölkəmizin turizm potensialını fevralın 28-dən martın 2-dək Nyu-York şəhərində keçirilmiş “Nyu-York Tayms” səyahət sərgisində nümayiş etdirib.
“Azərbaycan möcüzələri” layihəsi ABŞ ictimaiyyəti arasında ölkəmizin turizm potensialını təşviq etmək və Birləşmiş Ştatların turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əsasında respublikamıza müxtəlif istiqamətlər üzrə yerli şirkətlərin tərtib etdiyi konkret səyahət paketlərini təklif etmək məqsədilə həyata keçirilir.
“Azərbaycan - Odlar Yurdu, tolerantlıq diyarı” adı altında keçirilən tədbirdə yerli turizm mütəxəssisləri Azərbaycanın zəngin tarixə, maddi-mədəni irsə və ləziz mətbəxə malik, həmçinin dini və mədəni müxtəlifliyi və tolerantlığı ilə seçilən özünəməxsus bir ölkə olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbir iştirakçılarının bildirdiklərinə görə, on səkkiz min nəfərdən yuxarı iştirakçının qatıldığı “Nyu-York Tayms” sərgisi çərçivəsində Azərbaycanın turizm mütəxəssisləri ABŞ tur operatorları ilə Birləşmiş Ştatlardan region ölkələrinə səfər edəcək 14-22 nəfərlik turist qruplarının səfər cədvəlinə Azərbaycanın da daxil edilməsi barədə razılaşma əldə ediblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info