Təlimləri uğurla başa vuranlara Britaniya Standartlar İnstitutunun sertifikatı veriləcək
Tarix: 03.03.2014 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Martın 3-də Bakıda Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə İSO/İEC 20000 “Information technology - Service management” standartının tətbiqi ilə bağlı təlimlər başlayıb.
Açılış mərasimində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev çıxış edərək təlimlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, müasir informasiya texnologiyaları sahəsinin ən önəmli və daim yenilənmə tələb edən sistemlərindən biri idarəetmə sistemi və onu tənzimləyən İSO/İEC 20000 “Information technology - Service management” beynəlxalq standartlar toplusudur. İSO/İEC 20000 standartı informasiya texnologiyaları xidmətlərinin idarə olunması üzrə əsas amilləri, onun müəssisələrdə dəstəklənməsini və həyata keçirilməsi istiqamətində tələb olunan məsuliyyəti ətraflı təsvir edir, özündə biznesin tələblərinə uyğun və rəhbərliyin tam nəzarəti altında keyfiyyətli xidmətlərin göstərilməsi istiqamətində məqsədli sistemin qurulmasını cəmləşdirir. Həmçinin standartda daxili və xarici müştərilərə informasiya texnologiyaları xidmətlərinin göstərilməsi üzrə prosedurların aydın təsviri öz əksini tapır. Cari ildə 10 yaxın belə təlim keçirilməsi nəzərdə tutulur.
Təlimlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssisləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin, Dövlət Neft Fondunun, firmaların və bankların nümayəndələri iştirak edirlər.
Martın 5-dək davam edəcək təlimləri uğurla başa vuran iştirakçılara Britaniya Standartlar İnstitutunun sertifikatı veriləcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info