Oğuzda məktəblilər üçün açıq dərs
Tarix: 03.03.2014 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olunmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş edib. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.
Bu fikirləri ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə Oğuz rayonunda ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə keçirilən açıq dərsin gedişində tarix müəllimi, “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi Dilguşə Rəhimova mövzu ilə bağlı tezislərində səsləndirib.
“Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusuna həsr olunan növbəti açıq dərsdə rayonun Sincan, Tərkeş, Xaçmaz, Xaçmazqışlaq kəndləri tam orta məktəblərinin, habelə rayonda fəaliyyət göstərən Xocalı rayonunun Qaragav kənd məktəbinin XI sinif şagirdləri iştirak ediblər. Açıq dərsin gedişini, həmçinin rayon icra hakimiyyətinin, təhsil şöbəsinin rəhbər işçiləri, məktəb direktorları izləyiblər.
Açıq dərsdə şagirdlərə ulu öndər Heydər Əliyevin Azərbaycanda bazar iqtisadiyyatına keçidi şərtləndirən fəaliyyəti, ölkəmizdə özəlləşdirmənin həyata keçirilməsi, sahibkarlığın inkişafına dair Dövlət Proqramının qəbul olunması, Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır, neftin Azərbaycan iqtisadiyyatının inkişafında rolu, Ulu Öndərin siyasi uzaqgörənliyi və gərgin zəhməti sayəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə milli neft strategiyasının əsasının qoyulması və digər məsələlər barədə əsaslandırılmış məlumatlar verilib.
Tədris prosesində şagirdlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid sərgi və guşələrlə də tanış olublar.
Əvvəlcədən tərtib edilmiş cədvəl əsasında müəyyən olunmuş mövzular üzrə keçirilən və mayın sonunadək davam edəcək açıq dərslərdə Oğuz rayonunun 28 tam orta məktəbində təhsil alan 481 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur. İndiyədək keçirilən dərslərdə 334 şagird iştirak edib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu
18.03.2019
“Bu Novruz sənə nə gətirsin?”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info