“Dağlıq Qarabağ münaqişəsini Sumqayıt hadisələri ilə eyniləşdirmək yolverilməzdir”
Tarix: 03.03.2014 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ münaqişəsini Sumqayıt hadisələri ilə eyniləşdirmək yolverilməzdir.
Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Sumqayıt hadisələri ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fikirlərə münasibət bildirərkən söyləyib.
A.Əzimov demişdir: “Sumqayıt hadisələrinin səbəbləri, mahiyyəti, faktları, ümumiyyətlə, reallıqları hamıya bəllidir. Sumqayıt hadisələrini Xocalı soyqırımı ilə eyniləşdirmək yenə də ikili standartlardan xəbər verir. Ümumiyyətlə Xocalı faciəsi “Twitter” sosial şəbəkəsində müzakirə mövzusu deyil. C.Uorlik bu vəzifədə təzədir və münaqişə barədə həqiqətləri diqqətlə öyrənməli və bunu bəyanatlarında nəzərə almalıdır”.
Xarici işlər nazirinin müavini bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətlərini nəzərdən keçirməlidirlər. Onlar münaqişənin həli ilə bağlı daha ciddi addımlar atmalıdırlar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Milli Məclisdə büdcə müzakirələri davam edəcək
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info