Tibbi müayinələr əhalinin sağlamlığının qorunmasında böyük rolu var
Tarix: 03.03.2014 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Bizim poliklinika ötən əsrin 70-ci illərindən fəaliyyət göstərir. Hazırda bu tibb müəssisəsi Nizami rayonunun 65 min sakininə xidmət edir. Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası ilə əlaqədar əvvəlcədən Bakı Şəhər Baş Səhiyyə İdarəsində geniş müşavirə keçirilib və biz tibb işçilərinin qarşısında mühüm vəzifələr qoyulub. Əhalinin dispanserizasiyası keçmiş SSRİ, o cümlədən Azərbaycan səhiyyə sistemində əsas işlərdən biri idi. Ancaq indiki kimi kütləvi xarakter daşımırdı. Bu onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Bu isə dövlət başçısının tapşırığı əsasında aparılan tibbi müayinə aksiyasının əhəmiyyətini daha da artırır.
Bu barədə martın 3-də Nizami rayonundakı 26 nömrəli şəhər poliklinikasının baş həkimi Pənah Əliyev məlumat verib. O deyib ki, fevralın 17-dən indiyədək ən müasir avadanlıqlarla təchiz olunmuş poliklinikada 6 min 550 xəstə yoxlanılıb. Müayinə olunanların 413-də müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan 95 nəfəri qeydiyyata alınıb, 20-si isə stasionar müalicəyə cəlb olunub.
Müayinədən keçənlər öz sağlamlıqları barədə məlumat əldə etdiklərinə görə Prezident İlham Əliyevin bu humanist addımından razılıqlarını bildiriblər.
Rayondakı 129 nömrəli məktəbin direktoru Samir Mehdizadə deyib: “Mən də rayon sakini kimi bütün müayinələrdən keçdim. Burada yaradılan şəraitə görə poliklinikanın həkim heyətinə təşəkkür edirəm. Xəstəliklərin erkən aşkarlanması baxımından bu aksiya çox vacibdir. Buna görə də arzum budur ki, belə aksiyalar davamlı olsun. İnanıram ki, dövlətimizin gündən-günə artan iqtisadi imkanları bunu təmin edəcək. Ölkə vətəndaşlarının sağlamlığını daim düşündüyünə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info