Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib
Tarix: 03.03.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz məhsulları çıxarılıb.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 11,8 ton məhsul, o cümlədən 0,3 ton ət, 0,2 ton ağartı, 5 ton meyvə və s. təklif olunub. Ümumilikdə şənbə və bazar günlərində yarmarkada 24,5 ton məhsul satılıb.
Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına, fermerlərə və digər torpaq mülkiyyətçilərinə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 50, yumurtanın 1 ədədi 11 qəpiyə və s. satılır.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkasına istirahət günlərində bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri 55,1 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətiriblər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, yarmarkaya çıxarılan mövsümə uyğun məhsullar arasında kartof, soğan, kələm, çuğundur, balqabaq, badımcan, bibər, meyvələrdən alma, armud, naringi, portağal, nar, heyva, xurma, əzgil və digər məhsullar üstünlük təşkil edir.
Şənbə günündə olduğu kimi, martın 2-də də yarmarkada səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlığa gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi. Bunun nəticəsində istirahət günlərində yarmarkaya daxil olmuş məhsulun təqribən 90 faizi satılıb.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada qoyulmuş nəzarət tərəzisində hər kəs aldığı məhsulun çəkisini yoxlamaq imkanı qazanıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, bazar günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (9,1 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2 ton) satışa bir gün əvvəl Şəki, Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 11,1 ton məhsulun, demək olar ki, hamısı satılıb.
Hər iki yarmarkada meyvələrdən alma, armud, nar, heyva, xurma, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, badımcan, balqabaq, bibər, göyərti və digər mövsümi kənd nemətlərinin alıcıları çoxluq təşkil edirdi.
Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuz olmuşdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilib.
Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 193 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, şənbə və bazar günlərində yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətə 190 tondan çox heyva, naringi, portağal, nar, alma, yerkökü, çuğundur, xiyar, pomidor, kartof, soğan, bibər, göyərti və digər məhsullar satılmışdır. Alıcılar yarmarkada yaradılan şəraitdən və məhsul bolluğundan razı qalıblar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə və bazar günlərində Nərimanov rayonunun Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkada Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından gətirilmiş 28 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən daxil olmuş 6 min ədəd yumurta satılıb qurtarmaq üzrədir.
Alıcılara mövsümə uyğun olaraq nar, heyva, alma, armud, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, ağartı məhsulları, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.
Binəqədi rayonunda yerləşən 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinlərinə müxtəlif çeşiddə meyvə-tərəvəzlər, süd və bostan məhsulları təklif edilirdi. Burada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuz, keyfiyyəti yüksək idi.
Alıcılar yarmarkada bazarlıq etməyin çox sərfəli olduğunu söyləyirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, şənbə və bazar günlərində Ağstafa, Siyəzən, Goranboy, Bərdə və digər rayonların fermerləri və digər torpaq mülkiyyətçiləri yarmarkada 19,2 ton meyvə-tərəvəz, bostan və süd məhsulları satıblar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info