İtaliyanın “İl Tempo” qəzeti: Bakı - qədimliklə müasirliyin vəhdət təşkil etdiyi şəhər
Tarix: 03.03.2014 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


İtaliyanın “İl Tempo” qəzetində Azərbaycanın paytaxtı Bakının dinamik inkişafı ilə bağlı məqalə dərc edilib.
Yazıda qeyd olunur ki, Azərbaycan Şərqin sehrli ab-havası ilə Qərb müasirliyinin bir araya gəldiyi möhtəşəm bir diyardır. Müstəqilliyinin bərpasından sonra bu ölkədə neft sektorundan əldə edilən gəlirlər hesabına sürətli iqtisadi inkişaf müşahidə olunmaqdadır. Getdikcə çiçəklənən Azərbaycan Avropada, eləcə də qlobal məkanda özünəməxsus nüfuz qazanmaqdadır.
Müəllif Azərbaycanda bir çox sahələrin, o cümlədən turizmin inkişafının diqqət mərkəzində olduğunu qeyd edir. Bildirilir ki, bu sektorun inkişafını ölkənin bütün regionlarında hiss etmək mümkündür. Son illər turistlərin istirahəti və vaxtlarını səmərəli keçirmələri üçün bir çox tədbirlər həyata keçirilməkdədir. Bu baxımdan yeni tikilən müasir mehmanxanalar göz oxşayır. Azərbaycanın birinci ticarət tərəfdaşı olan İtaliya ilə turizm sahəsində əlaqələr böyük önəm kəsb edir.
Qobustan qayaları üzərində latınca yazılmış və Bakı yaxınlığında Roma qoşunlarının olmasından bəhs edən sözlərin aşkarlanması, həmçinin məşhur italyan səyyahı Marko Polonun Bakının neftlə zənginliyi ilə bağlı fikirləri yazıda xüsusi vurğulanır.
Məqalədə diqqətə çatdırılır ki, Bakıda qədimlik və müasirlik vəhdət təşkil edir. UNESCO-nun “Dünya irs siyahısı”na daxil olan İçərişəhər, Qız qalası, “Alov qüllələri” kompleksi, Heydər Əliyev Mərkəzi və digər müasir tikililər artıq Bakının rəmzlərinə çevrilib.
Yazıda, həmçinin “Bakı–2015” birinci Avropa Oyunları barədə də məlumat verilir. Diqqətə çatdırılır ki, ötən ilin noyabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən 42-ci Baş Assambleyasında “Bakı–2015” Avropa Oyunlarının rəsmi loqosunun təqdimatı olub. Loqo Azərbaycanın əsas rəmzlərini özündə əks etdirir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”
19.04.2019
Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info