Xaricdə Xocalı soyqırımı ilə bağlı tədbirlər davam etdirilir
Tarix: 03.03.2014 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər qanlı soyqırımın törədildiyi 26 fevral anım günündən sonra da davam etdirilib. Belə ki, Xocalı soyqırımının 22-ci ildönümündən bir neçə gün sonra Azərbaycanın Belçikadakı səfirliyi, Dünya Azərbaycanlıları Konqresi və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Brüsseldə "Qafqazda və bölgədə erməni problemi " adlı elmi-praktiki konfrans keçirilib. Tədbirin məqsədi soyqırımı faktı və erməni təcavüzünün heç vaxt unudulmamağıdır. Bu barədə müxbirimizə Brüsseldən Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Türkiyədə yaşayan həmyerlimiz Asif Qurban məlumat verib.
Tədbir Belçikanın aparıcı təhsil ocaqlarından biri olan “Brüssel Azad Universiteti”ndə baş tutub. Konfransda çıxış edən səfir Fuad İsgəndərov mövzu çərçivəsində Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb. Xocalı qətliamını dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kimi qiymətləndirib.
Qafqaz məsələləri üzrə mütəxəssis, belçikalı araşdırmaçı Mişel İvor 20 ildən artıq bir müddətdə davam edən erməni işğalı, onun Azərbaycan və bölgə üçün ağır nəticələri haqda məruzə ilə çıxış edib. Türkiyənin Dokuz Eylül Universitetinin professoru Vəfa Qurban ermənilərin Osmanlı dövründən başlayaraq Türkiyədə törətdikləri cinayət və qətliamlar haqqında söz açıb. Millət vəkili Qənirə Paşayeva Qarabağla bağlı həqiqətlərin Vətəndən uzaqda yaşayan gənc nəslə çatdırılmasının vacib olduğunu söyləyib. O, Xocalı qətliamının tək azərbaycanlılara qarşı deyil, bütün türklərə qarşı törədildiyini qeyd edib, Azərbaycan və türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin daha əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirin təşkilatçılarından olan Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Asif Qurban qeyd edib ki, tədbirdə Avropada fəaliyyət göstərən Azərbaycan-Türk diaspor qurumları, Belçikada təhsil alan tələbələr fəal iştirak ediblər. Qərara alınıb ki, belə tədbirlərin keçirilməsi davamlı olmalıdır. “Biz bununla da Avropada Qarabağ münaqişəsini elmi müstəviyə çıxarıb, problemin həllinə kömək edə bilərik və bu istiqamətdə fəallığımızı artırmalıyıq”, - deyə o bildirib.
Asif Qurban təşkil etdikləri tədbirin uğurundan məmnunluğunu qeyd edərək bildirib ki, bu tipli tədbirlərin Avropanın mərkəzində keçirilməsi çox önəmlidir. Azərbaycan və Türkiyədən başqa Avropada, eləcə də dünyanın müxtəlif ölkələrində keçirilən bu cür tədbirlər Avropada və dünyada bizə qarşı formalaşan ikili standart və düşüncələrin dağılmasına da kömək edəcəkdir.
Konfrans zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar məruzəçilər tərəfindən cavablandırılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info