Rusiya “Manas” hava limanını ələ keçirir
Tarix: 03.03.2014 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Rusiya tərəfi Bişkekdəki “Manas” beynəlxalq hava limanının 51 faizinə iddialıdır. Qırğızıstan tərəfi Rusiyanın bu təklifini birmənalı şəkildə qəbul edir.
Bəzi ekspertlər bu halda ölkə suverenliyi ilə yanaşı, beynəlxalq hava limanına nəzarəti də itirmək təhlükəsi ilə üzləşə biləcəklərini deyirlər.
Ötən ayın ortalarında Bişkekdə keçirilən Rusiya-Qırğızıstan danışıqlarında tərəflər arasında memorandum imzalansa da ictimaiyyətə bu barədə yalnız indi məlumat verilib. Qeyd edək ki, "Manas" hava limanı beynəlxalq statusa malikdir. Hava limanının səhmlərinə Rusiyanın "Rosneft" kompaniyasının törəmə şirkəti olan “Novaport” şirkəti iddialıdır. Bu şirkət beynəlxalq aeroportun inkişafı üçün 350 milyon dollar investisiya yatırmağa hazır olduğunu bəyan edib. "Rosneft"in dünyanın aparıcı şirkətlərindən biri olduğunu nəzərə çatdıran “Manas” beynəlxalq hava limanının vitse-prezidenti Abdimalik Busurmankul "Azattyk" saytına müsahibəsində bildirib ki, belə bir addım ölkəyə yalnız fayda verə bilər: “Bu məsələ yerli aviaşirkətlərin fəaliyyətinə müsbət təsir göstərməklə yanaşı, onların yanacaq almaq imkanına, daxili və xarici istiqamətlərə uçuşların qiymətlərinə müsbət təsir edəcək”. Cəlbedici investisiya üstünlüklərinə baxmayaraq, ölkədəki strateji müəssisələrin xarici şirkətlərin nəzarətinə keçməsindən narahat olanlar da var. Strateji obyektlərin dövlət suverenliyini təmin edən xüsusiyyətlərdən biri kimi xarakterizə edən ictimai xadim Topçubek Turgunaliev deyib: “Nazirlər Kabinetinin ölkədəki strateji müəssisələrdən belə asanlıqla vaz keçməsinin səbəbini başa düşə bilmirəm”. Qırğızıstan Gənc Sahibkarlar Birliyinin sədri Ruslan Akmatbek də “Manas” limanının satılması ilə bağlı məsələyə eyham vuraraq, ölkəsinin gəlirli sahədən belə asanlıqla təcrid olunmasına təəssüfləndiyini qeyd edib. Xatırladaq ki, bu ilin iyun ayında “Manas”ı tərk edəcək ABŞ Hava Qüvvələri hər il ərazinin icarəsi üçün Qırğızıstana 60 milyon dollar ödəyirdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info