Tibbi müayinələrin əhalinin sağlamlığının qorunmasında böyük rolu var
Tarix: 03.03.2014 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


“Bizim poliklinika ötən əsrin 70-ci illərindən fəaliyyət göstərir. Hazırda bu tibb müəssisəsi Nizami rayonunun 65 min sakininə xidmət edir.
Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası ilə əlaqədar əvvəlcədən Bakı Şəhər Baş Səhiyyə İdarəsində geniş müşavirə keçirilib və biz -tibb işçilərinin qarşısında mühüm vəzifələr qoyulub.

Əhalinin dispanserizasiyası keçmiş SSRİ, o cümlədən Azərbaycan səhiyyə sistemində əsas işlərdən biri idi. Ancaq indiki kimi kütləvi xarakter daşımırdı. Bu onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Bu isə dövlət başçısının tapşırığı əsasında aparılan tibbi müayinə aksiyasının əhəmiyyətini daha da artırır”. Bu barədə Nizami rayonundakı 26 nömrəli şəhər poliklinikasının baş həkimi Pənah Əliyev məlumat verib. O deyib ki, fevralın 17-dən indiyədək ən müasir avadanlıqlarla təchiz olunmuş poliklinikada 6 min 550 xəstə yoxlanılıb. Müayinə olunanların 413-də müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan 95 nəfəri qeydiyyata alınıb, 20-si isə stasionar müalicəyə cəlb olunub.
Müayinədən keçənlər öz sağlamlıqları barədə məlumat əldə etdiklərinə görə Prezidentə bu humanist addımından razılıqlarını bildiriblər. Rayondakı 129 nömrəli məktəbin direktoru Samir Mehdizadə deyib: “Mən də rayon sakini kimi bütün müayinələrdən keçdim. Burada yaradılan şəraitə görə poliklinikanın həkim heyətinə təşəkkür edirəm. Xəstəliklərin erkən aşkarlanması baxımından bu aksiya çox vacibdir. Buna görə də arzum budur ki, belə aksiyalar davamlı olsun. İnanıram ki, dövlətimizin gündən-günə artan iqtisadi imkanları bunu təmin edəcək. Ölkə vətəndaşlarının sağlamlığını daim düşündüyünə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm”. Ağsu rayon Mərkəzi rayon xəstəxanası baş həkiminin müavini Əli Hüseynov deyib ki, Rayon İcra Hakimiyyəti ilə birgə əvvəlcədən aparılan hazırlıq işləri, idarə, müəssisə və təşkilatlar, ayrı-ayrı kəndlər üzrə tərtib olunmuş qrafik aksiyanın mütəşəkkil gedişini təmin edir. Müayinələr ən təcrübəli həkimlər tərəfindən Mərkəzi rayon xəstəxanasında, Kalva kənd xəstəxanasında, habelə 7 həkim məntəqəsində aparılır. Yaradılmış həkim briqadaları isə müayinəyə gəlmək imkanları olmayan sakinləri evlərdə yoxlamadan keçirirlər. Rayonda tibbi müayinəyə hər gün 1500-2000 sakin cəlb olunur. İndiyədək 20 min nəfər müayinədən keçib. Onlardan 129-u mərkəzi rayon xəstəxanasında stasionar müalicəyə, 2 min nəfər isə ambulator müalicəyə cəlb edilib, 30 nəfər əlavə müayinə və müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Tibbi müayinəyə gəlmiş rayon ağsaqqallar şurasının sədri Seyfəddin Abdullayev əhalinin kütləvi surətdə tibbi müayinəyə cəlb olunmasından razılıq edərək bu insanpərvər təşəbbüsə, xalqın sağlamlığına göstərdiyi diqqət və qayğıya görə Prezidentə ahıllar adından minnətdarlığını bildirib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info