“Əfqanıstan Azərbaycanın son illərdə əldə etdiyi təcrübədən faydalanmaq niyyətindədir”
Tarix: 03.03.2014 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


ADA Universitetində “Silahlı qoşunlara Əfqan kontekstində mülki baxış” mövzusunda seminar keçirilib. Əfqanıstanın Müdafiə Nazirliyindən rəsmi şəxslərin, ADA Universitetinin nümayəndələrinin iştirak etdikləri seminarda xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edib. Əfqanıstanın dini ideologiyadan azad və demokratik prinsiplər əsasında dövlət qurmaq üçün imkan əldə etdiyini bildirən xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizin Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyi xüsusilə vurğulayıb.
Əfqanıstanda mövcud olan təhlükəsizlik çağırışlarının həm regional, həm də beynəlxalq miqyasda çox mühüm məsələ kimi qəbul edilməsinin zəruriliyini vurğulayan A.Əzimov ölkəmizin Əfqanıstanda dövlət quruculuğu prosesinə fəal dəstək verməsinin məmnunluq doğurduğunu bildirib.
Tədbirdə çıxış edən Əfqanıstanın Müdafiə Nazirliyinin hərbi, ümumi siyasət və İnsan resursları şöbəsinin rəhbəri Mohd Qasem Vardak bu cür tədbirlərin keçirilməsinin iki ölkə arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan hökumətinə minnətdarlığını bildirən M.Vardak ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyərək deyib: “Əfqanıstan Azərbaycanın son illərdə əldə etdiyi təcrübədən faydalanmaq niyyətindədir. Yüksək səviyyəli ikitərəfli əlaqələr xalqlarımızın ümumi ümidlərini və arzularını əks etdirir. Ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur. Əminəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri gələcəkdə müxtəlif sahələrdə daha da möhkəmlənəcək”.
Seminarın məqsədi Əfqanıstanın silahlı qüvvələrinə vətəndaş nəzarətinin sistemləşdirilməsi, dövlət quruculuğu prosesi və ümumilikdə bu ölkənin problemləri ilə bağlı məsələlərin həllinə kömək etməkdir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info