Kembric Universitetində Azərbaycan tədqiqat qrupu yaradılıb
Tarix: 04.03.2014 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Kembric Universitetində Azərbaycan tədqiqat qrupunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və amerikalı tədqiqatçı, Rusiya və Avrasiya bölgələri üzrə ekspert Paul A. Goble “Dünya yol ayrıcında: Azərbaycan və Qafqazın geosiyasəti” mövzusunda məruzə ilə çıxış ediblər.
Əvvəlcə Kembric Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin sədri Murad İsamyılov tədqiqat qrupunun fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. Bildirilib ki, qrup mütəmadi olaraq ölkəmizlə bağlı elmi konfranslar və tədbirlər keçirməyi planlaşdırır.
Səfir F.Qurbanov dünyanın ən nüfuzlu və məşhur ali təhsil müəssisələrindən birində Azərbaycan tədqiqat qrupunun fəaliyyətə başlamasını yüksək qiymətləndirib.
F. Qurbanov tarixə nəzər salaraq ölkələrimiz arasındakı münasibətlərin əsasının 1994 və 1998-ci illərdə ümummilli lider Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfərləri ilə qoyulduğunu bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin 2004, 2009 və 2012-ci illərdə bu ölkəyə rəsmi səfərləri isə ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə təkan verib. 2013-cü ilin sonlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Briləşmiş Krallığa və həmkarı Uilyam Heyqin ölkəmizə qarşılıqlı səfərləri son dövrlərdə əhəmiyyətli səfərlər olublar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Qurbanov qeyd edib ki, məsələnin həllinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olmasına, digər beynəlxalq təşkilatların və institutların tutduğu ədalətli mövqeyə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal atındadır. Birləşmiş Krallığın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və məsələnin ATƏT-in Minsk qrupunun həmsədrlərinin səyləri nəticəsində tezliklə həllinin tapamasına dəstək verdiyi bildirilib.
Mədəni və humanitar əlaqələrin inkişafından söz açan azərbaycanlı diplomat Birləşmiş Krallıqda fəaliyyət göstərən diaspora təşkilatlarımızın, o cümlədən Avropa Azərbaycan, İngiltərə-Azərbaycan Cəmiyyətləri, müxtəlif universitetlərdə fəaliyyət göstərən tələbə cəmiyyətləri və “Azərbaycan Evi”nin bu sahədə gördüyü işlərin təqdirə layiq olduğunu vurğulayıb.
İqtisadi əməkdaşlığımızdan bəhs edən səfir, xüsusilə Avropanın enerji təhlükəsizliyi sahəsində əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, hər iki ölkə beynəlxalq səviyyədə ortaq maraqlara sahibdir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra bp aparıcı neft şirkəti kimi Azərbaycanda fəaliyyətini davam etdirir. 2011-ci ildə Britaniya 501 milyon ABŞ dolları məbləğində ticarət dövriyyəsi ilə Azərbaycanın dünyada 15-ci, Avropada isə 4-cü ən böyük ticarət tərəfdaşı olub.
Azərbaycanda neftlə yanaşı qeyri-neft sektorunun da inkişafı haqqında məlumat verən diplomat, 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edildiyini diqqətə çatdırıb.
Təhsil, ticarət və başqa bir çox sahələrdə inkişaf edən münasibətlərimizdən danışan F.Qurbanov, iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Paul A. Goble Cənubi Qafqaz o cümlədən Azərbaycanın beynəlxalq müstəvidə əhəmiyyətindən danışıb. Tədqiqatçı, Azərbaycanın Qafqazın təhlükəsizliyində və sabitliyində vacib ölkə olduğunu bildirib. Həm Avropa İttifaqı (Aİ), həm də Birləşmiş Krallıq ilə ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətli olduğunu vurğulayan P.A.Goble Azərbaycanın qısa zaman ərzində çox böyük və uğurlu inkişaf yol qət etdiyini diqqətə çatdırıb. Azərbaycan Diplomatik Akademiyasında işlədiyi müddətdə ölkəmiz haqqında kifayət qədər tədqiqat aparmaq fürsəti əldə etdiyini bildirən P.A.Goble Azərbaycanın inkişaf səviyyəsinin Avropa standartları səviyyəsində olduğunu qeyd edib. Aİ ilə əməkdaşlığın daha da gücləndirilməsi üçün Azərbaycanın kifayət qədər potensialının olduğu bildirilib. Kənd təsərrüfatı, təhsil, ticarət sahələrində ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran tədqiqatçı, digər sahələrdə də əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.
Azərbaycan hökumətinin diplomatik sahədəki uğurlarına toxunan tədqiqatçı, “ictimai diplomatiya”-xüsusilə ölkəmiz həqiqətlərinin, 20 yanvar və Xocalı faciələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işindəki nailiyyətlərinin təqdirə layiq olduğunu vurğulayıb.
P.A.Goble çıxışında Azərbaycanın Sovet İttifaqı və müstəqillik dövrlərindəki inkişafı arasında müqayisələr aparıb, hər iki dövrdəki uğurları haqqında iştirakçılara məlumat verib.
Sonda çıxışçılar iştirakçıların suallarını cavablandırıblar.
Mərasimdən sonra qəbul təşkil edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info