ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı
Tarix: 04.03.2014 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş Qətnamə qəbul olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, sənəddə 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etməsi və burada 600-dən artıq günahsız insanın, o cümlədən çoxsaylı qadın və uşaqların qətlə yetirilməsi qeyd olunur. Qətnamədə bildirilir ki, Azərbaycan Respublikasının əraziləri, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının bunu qəti şəkildə pisləyən qətnamələrinə baxmayaraq, bu günədək Ermənistanın işğalı altındadır.
Qətnamənin surətinin ABŞ Prezidenti, Senatı, Nümayəndələr Palatası, Dövlət Departamenti və Bakıdakı səfirliyinə göndəriləcəyi qeyd olunur.
Beləliklə İndiana Xocalı qətliamını tanıyan ABŞ-ın 15-ci ştatı oldu. Qeyd edək ki, keçən il Xocalı qətliamına həsr olunmuş qətnamələr Texas, Nyu Meksiko, Tennessi, Oklahoma və Pensilvaniya ştatlarında qəbul edilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.
Erməni silahlı birləşmələrinin hücumları nəticəsində 613 adam vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər əsir götürülüb və onların taleyi indiyədək məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Qətlə yetirilənlər arasında 106 qadın, 83 uşaq, 70 qoca olub. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info