“Nə? Harada? Nə vaxt?” oyunu üzrə 4-cü Azərbaycan çempionatının qalibi müəyyənləşib
Tarix: 04.03.2014 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


“Nə? Harada? Nə vaxt?” oyunu üzrə 4-cü Azərbaycan çempionatı keçirilib.
Azərbaycan İntellektual Klublar Assosiasiyasının mətbuat xidmətindən bildiriblər ki, çempionatda ölkənin 32 ən güclü komandası mübarizə aparıb.
Azərbaycanın dövlət himni səsləndikdən sonra çempionatı təşkil edən təşəbbüs qrupunun üzvü Oqtay Məhərrəmov və turnirin suallar paketinin müəllifi, eyni zamanda, təşkilat komitəsinin rəhbəri Tural Dadaşov çıxış edərək turnirin əhəmiyyətindən danışıblar.
Tərtib olunan suallar paketində dörd turdan ibarət olmaqla 60 sual oynanılıb.
Azərbaycan çempionatı gərgin mübarizə şəraitində keçib. İlk turlardan liderliyi ələ alan “Diplomat” komandası sonadək turnirin ilk pilləsində qalmağı bacarıb. Sona bir sual qalmış onlar öz çempionluqlarını qeyd etməyə başlayıblar.
İkinci və üçüncü yerlər uğrunda mübarizə isə daha dramatik alınıb. “Land of fire” və “Vendetta” komandaları eyni xal topladıqlarından bu yerlərin kimin tutacağını müəyyən etmək üçün əlavə tura ehtiyac yaranıb.
“Land of fire” komandası rəqibini bir xal hesabı ilə məğlub edərək “Nə? Harada? Nə vaxt?” oyunu üzrə 4-cü Azərbaycan çempionatında gümüş medallara sahib olub. “Vendetta” komandası isə bürüncü medalları qazanıb.
Qalib komandalara kubok və diplom verilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info